OPEC-in Baş
katibi: AZƏRTAC xəbər
agentliyinə media tərəfdaşlığına görə təşəkkür
edirəm
Azərbaycan mediasının
AZƏRTAC vasitəsilə bu
tədbirdə iştirak
etməsindən, panel
və müzakirələri,
ümumilikdə bütün
prosesi işıqlandırmasından
böyük qürur duyuruq.
AZƏRTAC xəbər verir ki, bu
sözləri OPEC-in Baş katibi Haysam Əl-Qays Dövlət İnformasiya
Agentliyi ilə qurulmuş media tərəfdaşlığı barədə bildirib.
“OPEC-lə media
tərəfdaşlığı edərək, 9-cu OPEC Beynəlxalq
Seminarını işıqlandırdığına
görə AZƏRTAC-a təşəkkürümü
bildirmək istəyirəm”,
- deyən Baş katib bu əməkdaşlığın
gələcəkdə davamlı
olacağına ümid
ifadə edib.
Qeyd edək ki, 9-10 iyul tarixlərində Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı qlobal enerji sahəsində aparıcı beynəlxalq tədbirlər sırasında yer alır və enerji sahəsinin yüksəksəviyyəli nazirlərini və liderlərini bir araya gətirərək qlobal enerji sektorunun əsas mövzularını müzakirə etməyə xidmət edir.
Azərbaycan.-2025.- 10 iyul (№ 139).- S.2.