XİN Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Əbu-Dabi görüşünün yekunlarına
dair məlumat yayıb
İyulun 10-da Birləşmiş
Ərəb Əmirliklərinin
Əbu-Dabi şəhərində
Azərbaycan Respublikasının
Prezidenti və Ermənistan Respublikasının
Baş naziri arasında görüş
keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası
normallaşma gündəliyinin
müxtəlif aspektləri
müzakirə edilib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
ikitərəfli danışıqların
normallaşma prosesi ilə bağlı bütün məsələlərin
həlli üçün
ən səmərəli
format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü
dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası
prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri
dəyərləndirən liderlər
bu istiqamətdə əməli işlərin
davam etdirilməsi üçün müvafiq
dövlət komissiyalarına
tapşırıqlar veriblər.
Tərəflər, həmçinin
iki ölkə arasında ikitərəfli
danışıqları və
etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.
Azərbaycan.-2025.-
11 iyul (№ 140).- S.1.