Azərbaycanla Pakistan arasında hüquqi sahədə əməkdaşlıq genişləndiriləcək

 

Azərbaycan Pakistan arasında hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Pakistan İslam Respublikasının hüquq ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ardınca Şəhidlər xiyabanı, Zəfər parkı Zəfər abidəsi ziyarət olunub, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi anılıb.

Daha sonra ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hüquqi sahədə mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin siyasi, iqtisadi, ticarət digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

Tərəflər Prezident İlham Əliyevin 2024-cü ilin iyul ayında Pakistana dövlət səfəri zamanı imzalanmışAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun əhəmiyyətinə toxunublar.

Memorandumun icrası məqsədilə görüşdə beynəlxalq müqavilə olmayanƏməkdaşlıq Proqramıimzalanıb. Proqram çərçivəsində rəqəmsal ədliyyə, ədalət mühakiməsində süni intellektin tətbiqi, hüquq sahəsində elmi tədqiqatların aparılması, eləcə təhsil tədrisin təşkil edilməsi, qanunvericiliyin işlənməsi, mübahisələrin alternativ həlli sahəsində əməkdaşlıq digər aktual istiqamətlər üzrə təlimlərin təşkili planlaşdırılır. “Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə tərəflər Fəaliyyət Planının hazırlanması barədə razılığa gəliblər.

Görüş zamanı Azərbaycan Pakistan arasında strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyi bildirilib, qarşılıqlı səfər təmasların hüquqi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Azərbaycan.-2025.- 11 iyul (¹ 140).- S.2.