Abu-Dabi görüşü Azərbaycanın sülh gündəliyində təşəbbüskar tərəf olduğunu bir daha nümayiş etdirdi

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən son görüş regional sabitlik sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm mərhələ sayıla bilər. Görüşün konstruktiv qarşılıqlı anlaşma mühitində keçməsi, tərəflərin əsas məsələlər üzrə, o cümlədən sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin paraflanması istiqamətində ciddi substantiv müzakirələr aparması diqqət çəkir. Bu görüşün ən önəmli tərəfi odur ki, prosesin liderliyini Azərbaycan öz üzərinə götürüb. Prezident İlham Əliyevin hərbi, siyasi diplomatik müstəvidə ardıcıl, prinsipial mövqeyi Azərbaycanın sülh gündəliyində təşəbbüskar tərəf olduğunu bir daha nümayiş etdirdi. Bakı yalnız regional kommunikasiyaların bərpasının inteqrasiyanın təmin olunması ilə maraqlanmadığını, eyni zamanda, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün real siyasi iradə ortaya qoyduğunu sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Züriyə Qarayeva söyləyib.

O bildirib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar Ermənistan tərəfindən artıq müəyyən mənada qəbul olunur bu, BƏƏ-dəki görüşdə konstruktiv ab-havanın yaranmasında əhəmiyyətli rol oynayıb. Bu kontekstdə görüşün BƏƏ kimi neytral regional maraqları olmayan bir ölkədə keçirilməsi səmimiyyəti qarşılıqlı güvəni artıran amil kimi çıxış edib.

Nəticə etibarilə BƏƏ görüşü Azərbaycanın diplomatik çevikliyi, strateji düşüncəsi liderlik qabiliyyəti fonunda regionda yeni reallıqların formalaşmasında mühüm addım kimi qiymətləndirilə bilər. Sülh müqaviləsinə aparan yolda bu cür təmasların davam etdirilməsi isə Bakının irəli sürdüyü konstruktiv xəttin bölgədə qədər cəlbedici rasional olduğunu bir daha təsdiqləyir”, - deyə politoloq vurğulayıb.

 

Azərbaycan.-2025.- 11 iyul (№ 140).- S.4.