Azərbaycanın dostu tərəfdaşı

 

Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən birini ərəb dünyası ilə münasibətlər təşkil edir. Bu ölkələr Azərbaycanla əlaqələrə xüsusi önəm verir, respublikamızın regionda qlobal səviyyədə yerini rolunu düzgün qiymətləndirirlər. Prezident İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri deyilənləri təsdiqləyir.

 

Yüksək siyasi iqtisadi əlaqələr

 

Birləşmiş Ərəb Əmirlikləri yalnız yerləşdiyi coğrafiyada ya müsəlman aləmində deyil, dünyada özünəməxsus inkişaf göstəriciləri ilə fərqlənir. Azərbaycan-BƏƏ münasibətləri isə hər zaman yüksələn xətlə inkişaf edib, müxtəlif əməkdaşlıq sferalarını əhatə edib. Hazırda iki ölkə arasında həm siyasi, həm ticari-iqtisadi sferada geniş əməkdaşlıq əlaqələri mövcuddur. BƏƏ Azərbaycanın suverenliyini ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycana xaricdən məhsul idxalında, o cümlədən respublikamızın ixracatında BƏƏ əsas tərəfdaş dövlətlərdən biridir. "Made in Azerbaijan" brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün bu ölkədə "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir.

Əlbəttə ki, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayır.  Prezident İlham Əliyev indiyə kimi bir neçə dəfə bu ölkədə rəsmi işgüzar səfərdə olub. Dövlətimizin başçısı bu ilin yanvarında da BƏƏ- işgüzar səfərdə olub,  Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak edib. Əbu-Dabi Dayanıqlılıq Həftəsində 13 dövlət hökumət başçısı, eləcə 140-dan çox nazir digər rəsmi şəxslər iştirak edirdi. Dəvət olunan prezidentlərdən birinin İlham Əliyev olması dövlətimizin başçısının yüksək qlobal siyasi nüfuzunun Azərbaycan - BƏƏ siyasi münasibətlərinin təcəssümü idi.

2024-cü ilin yanvarında isə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana rəsmi səfər edib. Həmin səfər zamanı iki dövlət arasında münasibətlərin hüquqi bazasının daha da genişlənməsinə gətirib çıxaran sənədlər imzalanıb. O cümlədən "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

 

"Yaşıl enerji" sahəsində uğurlu əməkdaşlıq

 

Azərbaycanla BƏƏ arasında münasibətlər son illərdə yeni əməkdaşlıq sferalarını əhatə edib. Bunların arasında "yaşıl enerji" istehsalı sahəsində əməkdaşlıq xüsusi qeyd olunmalıdır. 2022-ci il martın 15-də Pezident İlham Əliyevin iştirakı ilə BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməli qoyulub.  Pezident İlham Əliyev təməlqoyma mərasimində çıxışında Azərbaycan-BƏƏ münasibətlərinə toxunaraq deyib: "Masdar" şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var şadam ki, bu sahədə artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlığa bu gün start verilir".

Xəzər regionunda MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan Qaradağ Günəş-Elektrik Stansiyasının tikintisi yüksək səviyyədə həyata keçirilib 2023-cü il oktyabrın 26-da açılışı olub. 262 milyon ABŞ dollarına başa gələn bu layihə həm ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Elə həmin gün Azərbaycan hökuməti ilə "Masdar" şirkəti arasında gələcək əməkdaşlıqlara dair yeni sənədlər imzalanıb. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın 2024-cü ilin yanvarında Azərbaycana etdiyi rəsmi səfər zamanı isə "Azərbaycan Respublikasının Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu", "Azərbaycanın bərpaolunan təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi "Yaşıl Enerji"nin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi", "Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi", "ADNOC SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi" imzalanıb.

 

Əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı bəyan olundu

 

Azərbaycanla BƏƏ-nin geniş əməkdaşlıq gündəliyi münasibətlərin möhkəm təməllərə söykəndiyini göstərir. Bu həm   iki dövlətin dostluğunu qardaşlığını nümayiş etdirir. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin dostluq qardaşlığa əsaslandığı  Prezident İlham Əliyevin Əbu-Dabiyə işgüzar səfəri zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə bir daha ifadə olundu.  Prezidentlərin görüşündə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı.

Həmçinin Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı. Həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliklə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu.

Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu bu istiqamətdə perspektiv layihələr müzakirə edildi. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə "Masdar" şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi.

Prezident İlham Əliyevin BƏƏ- işgüzar səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" imzalandı. Görünən odur ki, hər iki dövlət əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük siyasi iradə nümayiş etdirir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2025.- 11 iyul (№ 140).- S.5.