Qarabağda sahibkarlığın inkişafına yeni təkan

 

Azərbaycan vətəndaşları üçün işğaldan azad edilmiş ərazilərə səfərləri daha əlçatan planlı hala gətirmək məqsədiləYolumuz Qarabağaportalı üzərindən əldə olunan icazələrin müddəti 2 gündən 5 günədək uzadılıb. Bu dəyişiklik artıq həmin bölgələrə yalnız ekspress yox, daha uzunmüddətli rahat səyahətlər etməyə imkan verir. Əvvəllər fərdi minik avtomobilləri ilə bu ərazilərə səfərlər üçün verilən icazələr cəmi 2 günlük müddəti əhatə edirdi. Lakin bu, ailəvi ya planlı istirahət üçün bəzən yetərli olmurdu. Yeni mexanizm çərçivəsində artıq vətəndaşlar Qarabağ Şərqi Zəngəzur bölgələrində 5 günədək qalmaq imkanına malikdirlər ki, bu da turizm potensialının daha effektiv reallaşdırılmasına xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, təqdirəlayiq yeniliklərdən biri hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsidir.

Artıq vətəndaşlarımız, əgər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir hotelə rezervasiya ediblərsə, əlavə icazə prosedurlarına ehtiyac duymurlargiriş icazəsi hotel tərəfindən onların adından sistem üzərindən alınır. Bu addım həm vaxt qənaəti, həm səfərlərin daha çevik planlaşdırılması baxımından mühüm irəliləyişdir. Turistlər üçün operativlik rahatlıq təmin edilir, xidmət təminatçıları üçünsə səmərəli əlaqələndirmə imkanı yaranır. Qəbul edilmiş qərarlar regionda sahibkarlığın inkişafına, yeni yerlərinin yaradılmasına iqtisadi fəallığın yüksəlməsinə səbəb olacaq. Turist axınının artması ilə bərabər, yerli sahibkarlar üçün , yeni hotel qonaq evləri açmaq, ictimai iaşə obyektlərini genişləndirmək, turizm xidmətləri göstərmək (bələdçilik, nəqliyyat, ekskursiya paketləri) kimi sahələrdə real fürsətlər meydana çıxır. Bu baxımdan Qarabağ yalnız bərpa prosesi ilə deyil, aktiv iqtisadi zona kimi ön plana çıxmağa başlayır. Vurğulanmalıdır ki, ərazilərə giriş hələ icazə əsasında həyata keçirilir bu tələbin əsas məqsədi təhlükəsizliyi təmin etməkdir. Səfər edən şəxslər mina təhlükəsizliyi ilə bağlı maarifləndirici materiallarla tanış olmalı, marşrutdan kənara çıxmamalı səfər iştirakçılarını da məlumatlandırmalıdırlar”,- deyə o əlavə edib.

Hotellərin təqdim etdiyi avtomatlaşdırılmış icazə xidmətinin sadələşdirilmiş alternativ seçim rolu oynadığını diqqətə çatdıran Samir Dübəndi söyləyib: “Bu, vətəndaşlara əlavə rahatlıq təqdim edir, lakin yalnız hotel rezervasiyası ilə məhdudlaşmırvətəndaşlar istəsələr, əvvəlki qaydada portaldan birbaşa da icazə ala bilərlər. Yeni qərarlar xüsusilə ailəvi qrup şəklində səfərləri stimullaşdırır. Minik avtomobili ilə səfər üçün 9 nəfərlik limit (1 sürücü + 8 sərnişin) tam bir ailənin ya kiçik tur qrupunun səyahəti üçün idealdır. 5 günlük müddət isə bu səfərin yalnız ziyarət deyil, faydalı istirahətə emosional bağların möhkəmlənməsinə çevrilməsini təmin edir. Bu qərarlar Qarabağın Şərqi Zəngəzurun dayanıqlı turizm inkişafı, rəqəmsal idarəetmə praktikasının tətbiqi, ictimai xidmətlərin vətəndaşa yaxınlaşdırılması iqtisadi reinteqrasiya baxımından strateji addımlardır. Yeni qərarlar Qarabağın turizm, iqtisadiyyat reinteqrasiya sahələrində strateji inkişafını gücləndirir. Sadələşdirilmiş icazə prosesi, rəqəmsal alətlərin tətbiqi sahibkarlığa açılan qapılar göstərir ki, Qarabağ artıq təkcə tarixi torpaq deyil, həm aktiv həyatın, sivil inkişafın sabit gələcəyin mərkəzinə çevrilməkdədir. Vətəndaşlarımız artıq rahat şəkildə səfərlərini planlaya, rezervasiya edə təhlükəsiz şəkildə Qarabağda istirahət edə bilərlər. Qarabağyalnız tarix yox, həm gələcəyin turizm istiqamətidir”.

 

Azərbaycan.-2025.- 11 iyul (¹ 140).- S.6.