Səfər prosedurlarının sadələşdirilməsi gediş-gəlişin asanlaşmasına ziyarətçilərin çoxalmasına səbəb olacaq

 

Otuzillik həsrətin iki gündə ovudulması mümkündürmü? Əlbəttə, yox. Açığını etiraf etmək lazımdır ki, indiyədək doğma yerlərə çoxdan gözlənilən səfərlər zamanı, necə deyərlər, həmişə bir ayağın qaçaq olurdu. Suyu diş donduran buz bulağın birinə baş çəkirdin, o birinin suyundan içməyə vaxt qalmırdı, üstündə dünyaya gəldiyin doğma ata ocağına baş çəkirdin, dağlar, meşələr, dərələr qalırdı. İki gün bir göz qırpımında gəlib keçirdi, bir növ gözün səni bu dünyaya bəxş eləyən yurd yerlərinin dağında-dərəsində qalırdı. Babalarının uyuduğu, əzizlərinin, doğmalarının həsrəti ilə yaşayıb dünyadan köçdükləri doğma yerləri gözü dolusu görə bilmirdin

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətindəYolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən əldə olunan icazələrin müddətinin 2 gündən 5 günədək uzadılmasına münasibət bildirərkən turizm eksperti Cəfər Qarayev söyləyib.

O, söhbətini davam etdirərək deyib: “Çox ölkələrdə, çox səfərlərdə olmuşam, amma cənnət Qarabağın torpağı kimi münbit torpaq, havası kimi saf hava, suyu kimi soyuq təmiz su, adamları kimi qaynar mehriban camaat görməmişəm. Obrazlı alınmasın, təbiət bu yerlərə pay verəndə səxavət payını bol edib. Dağları əzəmətli, qayaları sıldırım, dərələri dərin, çölləri geniş, tarlaları bar-bərəkətli, çəmənləri ətirliMəsələn, adicə bir misal deyim. Şuşa kimi o qədər böyük olmayan bir şəhərdə qədər tarixi abidə, qala, məkan olar? Həqiqətən hər addımından tarix boylanır. Bu qədər zəngin məkana qədəm qoyan sakin, müsafir ya turist iki gün ərzində onları necə ziyarət etsin? Bu mənada belə bir icazənin uzadılması tarixi yurd yerlərini gəzib-dolaşmaq istəyən hər kəsin ürəyincə oldu.

Qarabağ Şərqi Zəngəzurun öz əbədi əzəli sahibinə qovuşmasından illər keçsə , doğma ata-baba ocaqlarını ziyarət etmək üçün üz tutanların sayı getdikcə artır. Sadələşdirilmiş icazə proseduru, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlara həmin ərazilərə giriş icazəsinin avtomatik şəkildə təqdim edilməsi çox təqdirəlayiq haldır. İşin bu cür təşkili onlara əlavə müraciətə ehtiyac yaratmadan vaxtlarına qənaət etmək, üz tutduqları məkanda daha sürətli rahat hərəkət etmək üçün çox əlverişlidir. İslam peyğəmbərinin gözəl bir sözü var: “Çətinləşdirməyin, asanlaşdırın”. Şübhəsiz ki, gediş-gəlişin, səfər proqramının bu cür sadələşdirilməsi asanlaşdırılması bölgəyə üz tutanların işini yüngülləşdirməklə yanaşı, turizmin inkişafına da böyük təkan verəcəkdir. Uzun illər erməni işğalçılarının bütövlüyünü parçalamağa cəhd göstərdiyi vətənimizin uca dağları, yaşıl meşələri, sərin sulu bulaqları, babaların izlərini yaşadan müqəddəs abidələri qollarını açıb öz ziyarətçilərini gözləyir”.

Yenə hansısa yazıçının sözüdür: “Doğma yurdun məktub zərfi boyda olan yerindən bir roman yazmaq olar”. Doğrudan da elədir. İndi öz doğma sakinlərinə qovuşan müqəddəs vətən torpağı hər qarışı, hər addımı keçmişimizin yadigarı, tarixdən soraq verən ünvan xatirələr beşiyidir. İyulun 8-də tətbiq olunmağa başlayan prosedurlar qəlbində Vətən həsrəti olan hər kəs tərəfindən rəğbətlə qarşılanır. Lakin bütün bunlarla yanaşı, qaydalara da əməl etmək lazımdır. Tələsiklik etmək, düşünülməmiş addımlar atmaq fəlakətli nəticələrə səbəb ola bilər. Hər kəsə yaxşı məlumdur ki, hələ həmin ərazilərin minalardan təmizlənməsi işi başa çatmayıb. Səfər zamanı hara gəldi getmək, qadağan olan ərazilərə üz tutmamaq bir sıra qaydalara əməl etmək tələb olunur. Bunu da mütləq şəkildə nəzərə almaq, mina təhlükəsizliyi qaydaları ilə tanış olmaq, xüsusi işarə qoyulmuş, icazə verilməyən yerlərə getməmək, təhlükəli ərazilərdən uzaq olmaq lazımdır. Hesab edirəm ki, bütün təhlükəsizlik tədbirlərinə əməl etməklə azad nəfəs alan torpaqlarımıza yaddaqalan unudulmaz səfərlər təşkil etmək olar. Hər kəsə bunu arzulayıram”, - deyə Cəfər Qarayev bildirib.

 

Azərbaycan.-2025.- 11 iyul (¹ 140).- S.6.