Muxtar Babayev:
OPEC ölkələrinin dekarbonizasiya
və yaşıl enerji yanaşmaları maraq doğurur
Enerji sistemlərinin
gələcəyi ilə
bağlı təqdim
olunan məlumatlar və statistik göstəricilər xüsusi
diqqət cəlb edir.
Bunu AZƏRTAC-a açıqlamasında Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında iştirak edən Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.
“OPEC-in çox
zəngin statistik bazası var. Burada həm keçmişdəki
investisiyalar, istehsalat və istehlak göstəriciləri, həm
də logistika və gələcəyə
yönəlmiş layihələr
üzrə geniş statistik məlumatlar və trendlər təqdim olunur”, - deyə Muxtar Babayev deyib.
O əlavə edib ki, seminarda aparıcı enerji istehsalçılarının əksəriyyəti təmsil olunub və bu da gələcək enerji istehsalı və istehlakı ilə bağlı
ümumi yanaşmalarla tanış
olmaq baxımından faydalıdır.
Muxtar Babayev vurğulayıb ki, bir sıra ölkələr artıq xalis sıfır və dekarbonizasiya proqramlarını qəbul edib və bu proqramlar
çərçivəsində
yaşıl enerjiyə
xüsusi yer ayrılır: “Yaşıl hidrogen və
digər alternativ enerji layihələri, eləcə də onların logistik imkanları ilə bağlı
müxtəlif baxışlar və perspektivlər burada müzakirə olunur”.
Muxtar Babayev bildirib
ki, seminarda COP29 və
COP30 komandaları da təmsil
olunub. İyulun 10-da seminar çərçivəsində
“COP29-dan COP30-a doğru” adlı
yüksəksəviyyəli panel müzakirəsi təşkil
olunacaq və gündəlikdəki məsələlər
interaktiv formatda müzakirə ediləcək.
Azərbaycan.-2025.- 11 iyul
(¹ 140).- S.7.