Ruslan Quliyev:
“Yeni qərar Qarabağ və Şərqi Zəngəzurda
turizm marşrutlarının
inkişafına dəstək
olacaq”
Azərbaycan vətəndaşlarının
işğaldan azad edilmiş ərazilərə
səfərlərinin daha
rahat və planlı həyata keçirilməsi üçün
müddət iki gündən beş günə uzadıldı.
Biz inanırıq ki, bu müddət
gələcəkdə daha
da uzadılacaq. Bu, Qarabağ və Şərqi Zəngəzurda müxtəlif
turizm marşrutlarının
şaxələndirilmiş inkişafına dəstək
olacaq.
Bunu AZƏRTAC-a açıqlamasında
Azərbaycan Sağlamlıq
və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti,
“Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan
Quliyev deyib.
Onun sözlərinə
görə, Şuşa
və Laçına
“Zəfər yolu” ilə gedən turistlər həmin bölgələri ziyarət
etdikdən sonra rahat şəkildə Kəlbəcərə gedə
biləcəklər. Gələcəkdə
isə “Qırmızı
Körpü” vasitəsilə
Gəncə üzərindən
Naftalan, Tapqaraqoyunlu və Suqovuşan marşrutu ilə Ağdərə, Xankəndi
və geri dönüşdə Ağdam
və digər istiqamətləri də ziyarət etmək mümkün olacaq. Bu isə həm
ekoloji marşrutların
müxtəlifləşməsi baxımından ekoturizmin inkişafına, həm də sağlamlıq və təhsil turizminin formalaşmasına,
mədəni marşrutların
daha geniş tətbiqinə imkan yaradacaq. Həmçinin portalda qeydiyyatdan keçdikdən sonra turistlərin bu bölgələri daha geniş şəkildə
və kifayət qədər vaxtla ziyarət etməsi mümkün olacaq”, - deyə R.Quliyev diqqətə çatdırıb.
O əlavə edib ki, Azərbaycan Hava Yolları ilə Füzuliyə bilet alan şəxslərin avtomatik olaraq portaldan qeydiyyatdan keçməsi və mehmanxana bronları zamanı sistemə inteqrasiya olunması bu prosesləri daha rahat edir. Bu, insanların bölgəyə səfər etməsini asanlaşdırır və kütləviliyin artırılması baxımından çox əhəmiyyətlidir.
Azərbaycan.-2025.- 11 iyul (¹ 140).- S.7.