Milli Məclisin sədri Srebrenitsa qurbanlarının
xatirəsinə həsr
olunmuş anım mərasimində iştirak
edib
Milli Məclisin
sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər
çərçivəsində iyulun 11-də Srebrenitsa qurbanlarının xatirəsinə
inşa edilmiş Memorial mərkəzə gəlib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlamentinin sədri və digər ölkələrdən
olan qonaqlar, o cümlədən ölkə
və hökumət rəhbərləri, parlament
sədrləri və rəsmi nümayəndələr
anım tədbirləri
çərçivəsində əvvəlcə "Keçməmişlərin
izi ilə" sərgisi ilə tanış olublar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını
imzalayıb.
Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının
anım mərasimi keçirilib.
Nümayəndə heyətlərinin
rəhbərləri faciə
qurbanlarının xatirəsini
ehtiramla yad edərək, Memorial abidənin önünə
gül dəstələri
düzüblər.
Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.
Azərbaycan.-2025.- 12 iyul (№ 141).- S.2.