Monteneqronun Prezidenti
Zati-aliləri cənab
Yakov Milatoviçə
Hörmətli cənab
Prezident,
Monteneqronun milli bayramı
münasibətilə Sizə
və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
Azərbaycan Monteneqro
ilə münasibətlərinin
inkişafına böyük
önəm verir. Bu gün xoş ənənələr üzərində
qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz
və əməkdaşlığımız
məmnunluq doğurur.
Keçən ilin noyabrında COP29-da iştirak
etmək üçün
Sizin ölkəmizə
səfəriniz Azərbaycan-Monteneqro
əlaqələrinin inkişafı
baxımından əhəmiyyət
kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə
də iqtisadiyyat, turizm, sərmayə qoyuluşu və digər istiqamətlər
üzrə qarşılıqlı
faydalı əməkdaşlığımızın
əhatə dairəsinin
genişləndirilməsi üçün
yaxşı imkanlar mövcuddur.
Əminəm ki, xalqlarımızın
iradəsinə uyğun
olaraq birgə səylərimizlə ölkələrimiz
arasında dostluq münasibətləri, ikitərəfli
və çoxtərəfli
qaydada əməkdaşlığımız
bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Monteneqro
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 iyul 2025-ci il
Azərbaycan.-2025.- 12 iyul
(№ 141).- S.2.