Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
strukturunun təkmilləşdirilməsi
və Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
olan qurumların siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
“Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılsın.
2. Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə
formasında yenidən
təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılsın.
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün
hüquq və öhdəlikləri, habelə
əmlakı Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsinin
tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli
Cəmiyyətinə keçir;
3.2. Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün
hüquq və öhdəlikləri, habelə
əmlakı Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsinin
tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə
keçir.
4. Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsi və Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsinlər.
5. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
bu Fərmanın icrasına nəzarəti təmin etsin.
6. Bu Fərmanın
1-ci və 2-ci hissələri
ilə yaradılan məhdud məsuliyyətli
cəmiyyətlər “Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alındığı günədək
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin tabeliyində
olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin
redaksiyaları fəaliyyətlərini
davam etdirsinlər.
7. Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 13
oktyabr tarixli 1465 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 10, maddə 1109 (Cild
I); 2024, ¹ 6 (I kitab), maddə
648, ¹ 12 (II kitab), maddə
1372; Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 30
iyun tarixli 428 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
tabeliyində olan qurumların siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
7.1. aşağıdakı məzmunda 4-3-cü və
4-4-cü hissələr əlavə
edilsin:
“4-3. “Bakinski raboçi”
qəzetinin redaksiyası”
Məhdud Məsuliyyətli
Cəmiyyəti
4-4. “Xalq” qəzetinin
redaksiyası” Məhdud
Məsuliyyətli Cəmiyyəti”;
7.2. 6–8-ci hissələr ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyul 2025-ci il
Azərbaycan.-2025.- 12 iyul
(¹ 141).- S.2.