"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.10-cu 3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.0.10-cu maddəsində "orqan (qurum)" dedikdə Dayanıqlı Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1016 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.10-cu 3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 3.2-ci 5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 3.3-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 1.0.10-cu maddəsində "orqan (qurum)" dedikdə Dayanıqlı Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2025-ci il

Azərbaycan.-2025.- 12 iyul (№ 141).- S.3.