"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Qeyd" hissəsinin birinci cümləsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 70-ci maddəsinin "Qeyd" hissəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə dövlət məktəbəqədər ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi, praktik tibb əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

1.3. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində doqquzuncu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Qanunun 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində altıncı hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü doqquzuncu hissələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsinə, altıncı hissəsinin ikinci cümləsinə on üçüncü hissəsinə uyğun olaraq, praktik tibb ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, davamlı peşəkar inkişaf üzrə elmi tədris tədbirlərinin akkreditasiyası qaydasını davamlı peşəkar inkişaf fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədləri hesablanmasına dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 498 (Cild I); 2024, ¹ 1, maddə 28, ¹ 6 (I kitab), maddə 646) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasa "46-cı maddəsinin" sözlərindən sonra "üçüncü hissəsində " sözləri, "56-cı" sözlərindən əvvəl "49-1-ci maddəsinin üçüncü, dördüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində, altıncı hissəsinin ikinci cümləsində doqquzuncu hissəsində," sözləri əlavə edilsin;

4.2. üçüncü abzasa "hissələrində" sözündən sonra ", 49-1-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində altıncı hissəsinin ikinci cümləsində" sözləri əlavə edilsin;

4.3. dördüncü abzasda "beşinci doqquzuncu hissələrində" sözləri "on üçüncü hissəsində" sözləri ilə əvəz edilsin;

4.4. beşinci abzasdan "49-1-ci maddəsinin ikinci hissəsində," sözləri çıxarılsın;

4.5. onuncu abzasda birinci halda "" sözü vergül işarəsi ilə əvəz olunsun həmin abzasa "hissələrində" sözündən sonra ", 46-cı maddəsinin üçüncü hissəsində, 49-1-ci maddəsinin üçüncü, dördüncü doqquzuncu hissələrində" sözləri əlavə edilsin.

5. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 231 (Cild I); 2024, ¹ 6 (I kitab), maddə 654, ¹ 8, maddə 943; 2025, ¹ 2, maddə 124) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci abzasa "74-cü" sözlərindən əvvəl "70-ci maddəsinin "Qeyd" hissəsinin birinci cümləsində," sözləri əlavə edilsin;

5.2. on dördüncü abzasda "nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini" sözləri "orqan (qurum)" dedikdə" sözləri ilə, "həyata keçirir" sözləri "nəzərdə tutulur" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411 (Cild I); 2024, ¹ 3, maddə 262, ¹ 5 (I kitab), maddə 529, ¹ 6 (I kitab), maddə 647, ¹ 12 (II kitab), maddə 1369; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 may tarixli 396 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.13-2-ci yarımbəndində "həkimlərin, əczaçıların orta tibb ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin)" sözləri "praktik tibb ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2025-ci il

Azərbaycan.-2025.- 12 iyul (¹ 141).- S.3.