"Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 218-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 218-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Pambıqçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, №7, maddə
612 (Cild I) 2.2-ci bəndi
ləğv edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 27
iyun tarixli 759 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 6, maddə 1050 (Cild
I); 2024, № 6 (I kitab), maddə
654, № 12 (II kitab), maddə
1356; 2025, № 2, maddə 137) ilə
təsdiq edilmiş
"Kənd təsərrüfatı
məhsulları istehsalının
subsidiyalaşdırılması Qaydası"nın 3.14-cü bəndinin
birinci cümləsindən
"məhsulun qəbul
qəbzlərini və
(və ya)" sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Pambıqçılıq haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 218-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 iyul 2025-ci il
Azərbaycan.-2025.-
12 iyul (№ 141).- S.4.