"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında" "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında"Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanununun tətbiqi "Bələdiyyələrin status haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında" "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1."Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-2.3-cü maddəsində"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsinə uyğun olaraq, bələdiyyələrin vahid informasiya sisteminə (bundan sonra - Sistem) ötürüləcək Sistemdən əldə ediləcək məlumatların dairəsini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında" "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-2.1-ci maddəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanından  irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;

3.2. Sistemin "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin elektron xidmətlərin vahid reyestri"nə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

4. Bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunsun ki:

4.1. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.6-cı "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası arxivləşdirilməsi Qaydaları"na 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının sistemlərinin Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Sistem haqqında əsasnamənin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini üç ay müddətində təmin etsinlər;

4.2. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-2.3-cü maddəsinə uyğun olaraq, Sistemə ötürüləcək Sistemdən əldə ediləcək məlumatların dairəsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

5. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I); 2024, № 4, maddə 383, №12 (I kitab), maddə 1288) 3.2-1-ci 3.2-2-ci bəndlərinə "Qanunun" sözündən sonra "10-2.3-cü maddəsində " sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2025-ci il

Azərbaycan.-2025.- 12 iyul (№ 141).- S.4.