"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, № 12, maddə
974 (Cild l); 2024, № 4, maddə
365) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.8-ci və 1.0.9-cu maddələrin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 1.0.10-cu maddə
əlavə edilsin:
"1.0.10. sosial sahəyə
aid müəssisələr
- sosial xidmət müəssisələri, dövlət
reabilitasiya müəssisələri
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum).".
2. Aşağıdakı məzmunda 3.3-cü maddə
əlavə edilsin:
"3.3. Minimum istehlak
səbətinin qida məhsulları üzrə
tərkibi əsasında
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində
və sosial sahəyə aid müəssisələrdə şəxslərin
qida normaları müəyyən edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 iyun 2025-ci il
Azərbaycan.-2025.- 12 iyul (№ 141).- S.3.