Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Bələdiyyələrin
statusu haqqında",
"Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında", "Bələdiyyə
torpaqlarının idarə
edilməsi haqqında",
"Yerli (bələdiyyə)
vergilər və ödənişlər haqqında"
və "Bələdiyyələrin
vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
7-ci və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583 (Cild I);
2024, ¹ 2, maddə 138, ¹ 4, maddə
365, ¹ 5 (I kitab), maddə
498, ¹ 6 (I kitab), maddələr
630, 638, ¹ 7, maddə 747, ¹ 8, maddələr 932, 933, 934, ¹ 10, maddə1118, ¹
11, maddə 1182, ¹ 12, (I kitab)
maddə 1282, (II kitab),
maddə 1345;2025, ¹ 2, maddə
96, ¹ 3, maddə 214; Azərbaycan
Respublikasının 2025-ci il
28 fevral tarixli 144-VIIQD
nömrəli, 18 mart tarixli 158-VIIQD nömrəli,
161-VIIQD nömrəli, 11 aprel
tarixli 172-VIIQD nömrəli,
175-VIIQD nömrəli, 1 may
tarixli 190-VIIQD nömrəli
və 192-VIIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 5.0.3-cü maddəyə "üçün" sözündən
sonra "elektron qaydada" sözləri əlavə edilsin;
1.2. 200.4-cü və 208.3-cü maddələrə "olmayaraq"
sözündən sonra
"elektron qaydada"
sözləri əlavə
edilsin.
Maddə 2. "Bələdiyyələrin
statusu haqqında"
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 7, maddə
405 (Cild I); 2024, ¹ 4, maddə
370, ¹ 12 (I kitab) maddə
1279) aşağıdakı məzmunda 10-2-ci maddə əlavə edilsin:
"Maddə 10-2. Bələdiyyələrin
vahid informasiya sistemi
10-2.1. Yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun
çevik və effektiv təşkili, vahid və aktual
informasiya bazasının
yaradılması məqsədilə
"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsinə
uyğun olaraq bələdiyyələrin vahid
informasiya sistemi yaradılır.
10-2.2. Bələdiyyələrin vahid
informasiya sistemi dövlət informasiya sistemidir.
10-2.3. Bələdiyyələrin vahid
informasiya sistemindən
sorğu əsasında
əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların
dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.".
Maddə 3. "Bələdiyyələrin
maliyyəsinin əsasları
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 12, maddə 690 (Cild
I); 2025, ¹ 1, maddə 6) 8-ci maddəsinin
2-ci hissəsinin ikinci
- beşinci abzasları
müvafiq olaraq üçüncü - altıncı
abzaslar hesab edilsin və aşağıdakı məzmunda
ikinci abzas əlavə edilsin:
"Bələdiyyələrin vahid
informasiya sisteminin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi üçün
zəruri xərclər
həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş
həcmdə yerli büdcənin gəlirləri
hesabına maliyyələşdirilir.".
Maddə 4. "Bələdiyyə
torpaqlarının idarə
edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 8, maddə
520 (Cild I); Azərbaycan
Respublikasının 2025-ci il
18 mart tarixli 158-VIIQD nömrəli Qanunu)
18.11-ci maddəsinə "onlara" sözündən
sonra "elektron qaydada" sözləri əlavə edilsin.
Maddə 5. "Yerli
(bələdiyyə) vergilər
və ödənişlər
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 4 (I kitab), maddə
155, (Cild I) 6.0.3-cü maddəsinə
"üçün" sözündən
sonra "elektron qaydada" sözləri əlavə edilsin.
Maddə 6. Azərbaycan
Respublikasının 2003-cü il 17 iyun tarixli
478-IIQ nömrəli Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 10, maddə 537 (Cild
I) ilə təsdiq edilmiş "Bələdiyyələrin
vergi xidməti orqanı haqqında Əsasnamə"nin 3.2.1-ci maddəsinə
"onlara" sözündən
sonra "elektron qaydada" sözləri əlavə edilsin.
Maddə 7. 2027-ci il
yanvarın 1-dək bələdiyyələr
tərəfindən vergi
ödəyicilərinə verginin
ödənilməsi barədə
tədiyə bildirişi
elektron və kağız formada təqdim edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2025-ci il
Azərbaycan.-
2025.- 12 iyul (¹ 141).- S.4.