"Pambıqçılıq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Pambıqçılıq haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 7, maddə 576 (Cild
I); 2024, № 4, maddə 365) aşağıdakı
dəyişikliklər edilsin:
1. 11.3-cü maddənin birinci cümləsində "müvafiq
qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi" sözləri "Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 71-1-ci və
71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları
və ya malların alış aktları" sözləri
ilə əvəz edilsin.
2. 14-cü maddə ləğv edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 iyun 2025-ci il
Azərbaycan.-2025.- 12 iyul
(№ 141).- S.4.