Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
Milli Onkologiya Mərkəzinin maddi-texniki
bazasının möhkəmləndirilməsi
məqsədilə Azərbaycan
Respublikasının 2025-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Milli Onkologiya Mərkəzinə
650,0 (altı yüz əlli) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
4. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyul 2025-ci il
Azərbaycan.-2025.- 12 iyul
(№ 141).- S.4.