Əcnəbi səyahətçilərin Qarabağ səfəri

 

Sükutda "danışan" faciələr nədən soraq verir

 

Tarix bəzən insanlığa ağrılı izlər buraxır. Müharibələr, soyqırımları, təbii fəlakətlər faciələr illər keçsə , yaddaşlardan silinmir. Bu acı hadisələrin baş verdiyi yerləri ziyarət etmək, keçmişlə üz-üzə gəlmək dərs çıxarmaq üçün həmin ərazilərə səfərlər edilir.

Bəs insanlar niyə ölüm, faciə iztirabla bağlı yerləri ziyarət etməyə can atırlar? Bu qəribə səfərlərin arxasında sadəcə maraq dayanır, yoxsa daha dərin mənalar var?

Sualların cavabını verməmişdən əvvəl "qara turizm"in olduğuna aydınlıq gətirək. "Qara turizm" (ingiliscə "dark tourism" ya "black tourism" ) tarixi faciələr, kütləvi ölüm halları, müharibələr, soyqırımları, təbii fəlakətlər ya digər travmatik hadisələrlə əlaqəli yerlərə maraq göstərən turistlərin həmin məkanlara səfər etməsidir. Polşadakı  "Auschwitz" Holokost zamanı nasistlər tərəfindən yaradılmış ölüm düşərgəsidir. Qırmızı kxmerlərin milyonlarla insanı öldürdüyü "Killing fields" hadisələri Kambocada baş  verib. İkinci Dünya müharibəsində atom bombası ilə məhv edilmiş Xirosima Naqasaki Yaponiyanın yaralı şəhərləridir. 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terror  təşkilatının Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə hücumundan sonra minlərlə insanın həyatını itirdiyi "Ground Zero" adlandırılan binanın dağıntı yeri hər il minlərlə turistin ziyarət etdiyi məkandır. Bu sadalananlar "qara turizm"in nümunələridir.

Bu baxımdan "qara turizm" yalnız maraq məqsədi ilə deyil, həm maarifləndirmə, keçmiş faciələri anma tarixi yaddaşın qorunması kimi məqsədlərə xidmət edir. Məlumat üçün bildirək ki, bu termin ilk dəfə 1996-cı ildə Böyük Britaniyadan olan tədqiqatçılar John Lennon Malcolm Foley tərəfindən elmi dövriyyəyə daxil olub. Onlar bu termindən faciəli hadisələrin baş verdiyi yerlərə insanların artan marağını izah etmək üçün istifadə ediblər. Bu tip turizm insanlara tarixdə baş vermiş faciələr haqqında məlumat verir onları dərindən düşündürür.

Təəssüf ki, "qara turizm" son onilliklərdə müharibə işğal acısı yaşamış Azərbaycan üçün aktuallaşmaqdadır. Ölkəmizin "qara turizm" məkanları əsasən 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ildə baş vermiş  Xocalı soyqırımı 44 günlük Vətən müharibəsi  gedən Qarabağla bağlıdır. 1990-cı illərdən 2020-ci iləcən  Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilmiş təcavüz nəticəsində bir çox yaşayış məntəqəsi dağıdılmış, mədəni irs məhv edilmiş minlərlə insan həyatını itirmişdir. Bu acı tarix həm milli yaddaşa çevrilmiş, həm gələcək nəsillərə ötürüləcək ibrətamiz nümunələr yaratmışdır.

1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 600-dən çox mülki şəxsin, o cümlədən qoca, qadın uşaqların amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımı bu gün memorial komplekslər abidələrlə xatırlanır. Beynəlxalq mediada "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhəri 30 ilə yaxın erməni işğalı altında qalmış tamamilə dağıdılmışdır. İşğal zamanı şəhər viranəyə çevrilmiş, bir çox tarixi abidə qəbiristanlıqlar təhqir olunmuşdur. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Ağdamda aparılan bərpa-quruculuq işləri ilə yanaşı, şəhərin keçmişindən bəhs edən faktlar da "qara turizm"in bir hissəsi kimi təqdim edilir.

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhəri işğal dövründə bir çox tarixi dini abidənin dağıdılması ilə yadda qalmışdır. Hazırda bu abidələr bərpa olunsa da, şəhərdə işğalın izlərini əks etdirən yerlər qorunur. Şuşa təkcə mədəni irsin yox edilməsi ilə deyil, həm 2020-ci ildə əldə edilən zəfərin simvolu kimi "qara turizm" baxımından dəyərlidir.

Ümumiyyətlə, Qarabağ Şərqi Zəngəzur son dövrlər "qara turizm"in yeni fərqli istiqamətlərindən biri kimi çox diqqət çəkir. Keçmişin izlərini öz gözləri ilə görmək, tarixlə üz-üzə gəlmək baş verənləri yerində hiss etmək istəyən turistlər bu yerləri ziyarət edərək faciələrin şahidinə çevrilirlər. Artıq beynəlxalq səyyahlar da işğaldan azad olunmuş ərazilərə maraq göstərirlər. Bu mənada dünyaşöhrətli Beynəlxalq Səyahətçilər Klubunun (Most Traveled People) 30 nəfərlik heyətinin Qarabağ Şərqi Zəngəzura sonuncu  səfəri xüsusi əhəmiyyət kəsb edir.

Səfər Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə həyata keçirilib. 15 ölkədən olan səyyahların daxil olduğu  30 nəfərlik turist qrupunun səfəri  azad edilmiş ərazilərin "qara turizm" çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaratdı. Səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımının nəticələrini, Ağdamın dağıntılarını, Füzuli, Cəbrayıl, Zəngilan işğaldan azad olunmuş digər ərazilərdəki viranə kənd, şəhər dağıdılmış tarixi abidələri ziyarət etdikdən sonra Şuşaya gediblər. Burada bərpa prosesi aparılan tarixi yerləri erməni vandalizminin izlərini yerində görüblər.

Səyyahlar səfərboyu Qarabağda gedən genişmiqyaslı bərpa işlərinə maraq göstərib bu prosesin həm tarixin qorunması, həm turizmin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Beynəlxalq Səyyahlar Klubunun təsisçisi Çarlz Villi deyib ki, o, ABŞ-nin Kaliforniya ştatından gəlib: "Qarabağın işğaldan azad olunduğu vaxtdan bəri artıq dörd ildir ki, bu regiona səfər edirəm. Hər səfərimdə Qarabağda, eləcə Şərqi Zəngəzurda aparılan quruculuq prosesinə şahidlik edirəm. Qısa müddətdə bu ərazilərdə üç hava limanının inşası, yeni infrastrukturun yaradılması çox möhtəşəm heyranedicidir". Qeyd edək ki, beynəlxalq səyyahlar son 4 ildə dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

Nəticə etibarilə "qara turizm" yalnız faciələri göstərmək üçün deyil, həm sülhə çağırış etmək, tarixdən dərs almaq xalqlar arasında anlayışı artırmaq məqsədi daşıyır. Bu həm insanların keçmişin səhvlərini unutmaması, tarixdən dərs alması gələcəkdə daha humanist bir cəmiyyət qurmaq arzusu ilə bağlıdır.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2025.- 12 iyul (№ 141).- S.11.