İlham
Əliyev Türkiyə
xalqını təbrik
edib
İyulun 12-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Azərbaycan Prezidenti
PKK terror qruplaşmasının
özünü ləğv
etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını
ürəkdən təbrik
edib. Dövlətimizin
başçısı bu
mühüm hadisənin
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə ölkədə
həyata keçirilən
qətiyyətli siyasətin,
güclü liderliyin,
sarsılmaz iradənin,
milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
Telefon danışığı
zamanı Prezident İlham Əliyev “Terrorsuz Türkiyə” hədəfinə çatmaq
yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş
nöqtəsi kimi dəyərləndirib və
qəbul edilmiş qərarın tam icrası istiqamətində
Türkiyə dövlətinə
və xalqına uğurlar arzulayıb.
Prezident Rəcəb
Tayyib Ərdoğan göstərilən dəstəyə
və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün
sahələrdə uğurla
inkişaf etdiyini vurğulayıb.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2025.-
13 iyul (№ 142).- S.1.