Suriyanın
keçid dövrü
Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar
səfərə gəlib
Suriya Ərəb
Respublikasının keçid
dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına
işgüzar səfərə
gəlib.
AZƏRTAC xəbər verir ki, hər
iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı Heydər
Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan.-2025.- 13 iyul (№ 142).- S.1.