Suriyanın
keçid dövrü
Prezidentinin Azərbaycana
səfəri başa çatıb
Suriya Ərəb
Respublikasının keçid
dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan
Respublikasına işgüzar
səfəri iyulun
12-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər
iki ölkənin Dövlət bayraqlarının
dalğalandığı Heydər
Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
Azərbaycan.-2025.- 13 iyul (№ 142).- S.2.