Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

 

¹ 203

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 iyun tarixli 427 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci iI 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 9, maddə 1084 (Cild I); 2024, ¹ 2, maddə 229, ¹ 4, maddələr 448, 469, ¹ 7, maddələr 895, 915, ¹ 8, maddə 996, ¹ 12 (I kitab), maddə 1326, (II kitab), maddə 1428; 2025, ¹ 3 maddələr 273, 294) ilə təsdiq edilmişAzərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 1-ci hissəsinə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“1-9/ Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti”.

 

 Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 8 ”iyul ” 2025-ci il

Azərbaycan.-2025.- 13 iyul (¹ 142).- S.3.