Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

¹ 205

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ağdam şəhərindəİmarətTarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2025-ci il 20 fevral tarixli 494 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 749 (Cild I); 2024, ¹ 7, maddə 910; 2025, ¹ 3, maddə 267) ilə təsdiq edilmişAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlarbölməsinin “2. Muzeylərhissəsinə aşağıdakı məzmunda 2.102-1-ci bənd əlavə edilsin:

“2.102-1. “İmarətTarix-Memarlıq Muzey Kompleksi Ağdam şəhəri”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 11 ”iyul ” 2025-ci il

Azərbaycan.-2025.- 13 iyul (¹ 142).- S.3.