Azərbaycanın
özü qədər
əbədi
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə
başlamasından 56 il
ötür. 1969-cu il iyulun 14-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilən Heydər Əliyevin respublikamıza
rəhbərlik etdiyi illər möhtəşəm
inkişaf nümunələri
ilə əlamətdardır.
Ona görə 14 iyul tarixi həm
də xalqımızın
müasir tarixində ilk intibah mərhələsinin
başlanğıcı sayılır.
Çünki Heydər
Əliyevin respublikamıza
birinci rəhbərliyi
dövründə həyata
keçirdiyi tədbirlər
sosial-iqtisadi inkişafla
yanaşı, xalqımızın
milli oyanışını
təmin etdi, gələcək müstəqilliyimiz
üçün zəmin
formalaşdırdı.
Azərbaycan böyük
təbii sərvətləri,
geniş iqtisadi potensialı olan ölkədir. Amma bütün bunlara baxmayaraq, ötən əsrin 60-cı illərinin
sonuna qədər respublikamız ittifaq miqyasında inkişaf göstəricilərinə görə
çox geridə qalmışdı, mövcud
potensialdan istifadə olunmurdu. Respublikamızın
neftlə zəngin olmasına baxmayaraq, iqtisadiyyatın digər sahələrində vəziyyət
ürəkaçan deyildi.
Potensial yüksək olsa da, Azərbaycan
bir çox sahələrdə, o cümlədən
milli gəlirin inkişaf templərinə,
sənaye və kənd təsərrüfatı
istehsalının həcminə,
elmi-texniki tərəqqinin
nailiyyətlərinin istehsal
tətbiqinə görə
ümumittifaq göstəricilərindən
çox geri idi.
Heydər Əliyevin
respublikaya rəhbər
seçilməsindən sonra
vəziyyəti ilk gündən düzgün
dəyərləndirərək həyata keçirdiyi islahatların nəticəsində
tezliklə iqtisadi sferada müsbətə doğru dönüş başlandı, inqilabi dəyişikliklər baş
verdi. 1969-1982-ci illər
ərzində respublikada
milli gəlirin ümumi həcminin 2,5 dəfə, xalq istehlakı mallarının
istehsalının 3 dəfə,
sənaye istehsalının
2,7 dəfə artması
məhz Heydər Əliyevin siyasətinin nəticələri idi. Həmin dövrdə iqtisadiyyata əvvəki 50
ildəkindən 1,4 dəfə
çox kapital qoyulmuşdu. Əgər
XIX əsrdən 1969-cu ilədək
Azərbaycanda 735 böyük
sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə
onların sayı
1048-ə çatdırılmışdı.
Bütün bunların
nəticəsində Azərbaycan
keçmiş ittifaqa səs salan yüksəlişə
nail olmuş, büdcədən dotasiya almadan yaşayan respublikalardan birinə çevrilmiş, əhalinin
sosial rifahı əhəmiyyətli dərəcədə
yüksəlmişdi.
Heydər Əliyev
Azərbaycanı inkişaf
yoluna çıxarmaqla
yanaşı, elm, təhsil, mədəniyyət
sahələrində də
bir çox mühüm tədbirlər
həyata keçirməklə
Azərbaycanın kompleks
inkişafına nail olmuşdu. Və bütün bunların fonunda görünən həm də xalqımızın milli oyanışı idi. Heydər Əliyevin dövlət tədbirlərində ana dilində danışması,
konstitusiyada Azərbaycan
dilinin dövlət dili kimi təsbit
edilməsinə nail olması, şair və yazıçılarımızı
repressiyalardan, sovet rejiminin təqiblərindən
xilas etməsi sıradan hadisələr deyildi. Bunlar Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin
parlaq daşıyıcısı
olması, xalqımızın
milli kimliyinin ifadə edilməsi, milli-mənəvi dəyərlərimizin
qorunması, onların
sovet şüarlarının
təsirindən xilas olunması idi. Sovet rejiminin qadağalarına və sərt tələblərinə
baxmayaraq, Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinin yaşadılması
üçün bütün
imkanlardan istifadə edirdi. Bunu isə
yalnız Heydər Əliyev kimi cəsarətli və vətənpərvər dövlət
xadimləri bacara bilərdilər. Ulu Öndər həmin illər barədə deyib: "Biz sovet rejimində yaşayırdıq. Məgər
biz bu rejimi
dəyişə bilərdik?
Amma iş ondadır ki, bu rejim altında
olsan da, sən xalqın, millətin üçün
nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan
o illərdə çox
yüksəklərə qalxdı".
Ulu Öndər
Heydər Əliyev
1982-ci ildə Moskvaya ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq ittifaqın inkişaf etmiş respublikalarından biri kimi tanınırdı. Ulu Öndər Heydər Əliyev Kremldə, SSRİ rəhbərliyində
çalışdığı dövrdə də doğma vətəninin inkişafı ilə bağlı məsələləri
diqqətdən kənarda
qoymadı.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin
1969-1982-ci illərdə respublikamıza
rəhbərliyinin nəticəsi
olaraq milli dövlətçilik ideyaları
cəmiyyətdə hərəkətverici
qüvvəyə çevrildi.
Ötən əsrin
80-ci illərinin sonlarına
doğru daha vüsət almağa başlayan müstəqillik
çağırışlarının əsasında da məhz bu ideyalar
dayanırdı.
1987-ci ildə tutduğu
vəzifələrdən istefa
verdikdən sonra da Heydər Əliyev öz xalqının yanında oldu. Ulu Öndərin
20 Yanvar faciəsindən
sonra Azərbaycanın
Moskvadakı nümayəndəliyinə
gələrək etirazını
bildirməsi, 1990-cı ildən
etibarən Naxçıvanda
həyata keçirdiyi
cəsarətli siyasi fəaliyyət, hələ
sovet dövlətinin mövcud olduğu bir dövrdə üçrəngli bayrağımızı
ucaltması, bu qədim diyarı erməni işğalından
qoruması dövlətçilik
tariximizin mühüm
səhifələridir.
Ulu Öndər
Heydər Əliyevin Azərbaycan dövləti
və xalqı qarşısında tarixi xidməti 1993-cü ildə
siyasi hakimiyyətə
qayıdaraq həyata keçirdiyi xilaskarlıq
missiyası oldu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə
olan qrupların yarıtmaz fəaliyyətlərinin
nəticəsi olaraq Azərbaycan dərin siyasi böhranla üzləşmişdi. Yenicə
qazandığımız müstəqilliyimizi
itirilmək təhlükəsi
ilə qarşılaşmışdı.
Digər tərəfdən
torpaqlarımız Ermənistan
tərəfindən işğal
olunur, ölkədə
separatizm meyilləri güclənirdi. Azərbaycan
həm də parçalanmaq təhlükəsi
qarşısında idi.
Məhz belə bir vaxtda xalqın
istək və arzusu ilə siyasi hakimiyyətə gələn Heydər Əliyev bütün böhranlara son qoydu, müstəqilliyimizi
xilas etdi, dövlətçiliyimizin itirilməsinə
imkan vermədi. Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında 2023-cü ilin
"Heydər Əliyev
İli" elan edilməsi haqqında"
sərəncamında bildirildiyi
kimi, Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi illər xalqımızın
tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına
öz müstəqilliyini
əbədi və dönməz etdiyi taleyüklü mərhələdir: "Zamanın hökmü ilə ötən əsrin
90-cı illərində dövlət
müstəqilliyini bərpa
edən Azərbaycan Ermənistanın təcavüzü,
xarici təzyiqlər və daxili çəkişmələr üzündən
dünyanın siyasi xəritəsindən silinmək
və dövlətçiliyini
itirmək təhlükəsi
ilə qarşılaşmışdır.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın
təkidli tələbinə
səs verərək yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş
etdirmiş, ölkəmizi
ictimai-siyasi pərakəndəliyin
və anarxiyanın məngənəsindən qurtarmış,
bütün sahələrdə
müşahidə olunan
dərin tənəzzülün
qarşısını almış,
yenidən qurduğu və hər cür qəsdlərdən
qoruduğu dövlətin
dayanıqlı inkişaf
yolunu müəyyən
etmişdir. Heydər Əliyevin ölkəmizə
rəhbərlik illəri
xalqımızın nadir
tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına
öz müstəqilliyini
əbədi və dönməz etdiyi taleyüklü mərhələdir".
Beləliklə, ilk
dəfə 1969-1982-ci illərdə
respublikamızı inkişaf
yoluna çıxaran Heydər Əliyev siyasəti 1993-cü ildə
xilaskarlıq missiyasını
uğurla yerinə yetirdi. Heydər Əliyev siyasəti bu gün layiqincə
davam etdirilir. Prezident İlham Əliyev müdrik rəhbərliyi ilə Azərbaycanı regionda aparıcı, dünyada isə söz sahibi olan dövlət
səviyyəsinə yüksəldib. Böyük qürurla qeyd etməliyik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə
çevrilib. Ulu Öndərin müəyyənləşdirdiyi
siyasi və strateji xəttin Prezident İlham Əliyevin siyasi və liderlik keyfiyyətləri ilə davamı Azərbaycanın
möhtəşəm uğurlara
imza atmasını təmin edir.
Heydər Əliyevin
ən böyük arzusu torpaqlarımızın
işğaldan azad edilməsi, məcburi köçkünlərin öz
doğma yurdlarına qayıtması idi. Qeyd etmək lazımdır ki, Ulu Öndərin
1993-cü ildə Azərbaycana
rəhbər seçildikdən
sonra beynəlxalq aləmdə atdığı
qətiyyətli addımlar
sayəsində artıq
keçmişdə qalmış
Dağlıq Qarabağ
münaqişəsinə dünya
ictimaiyyətinin münasibəti
dəyişdi, ölkəmizin
suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığı
bütün beynəlxalq
hüquqi-normativ sənədlərdə
öz əksini tapdı. Bu məsələ ilə bağlı Heydər Əliyevin müəyyən
etdiyi kursun Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə davam
etdirilməsinin nəticəsində
isə torpaqlarımız
işğaldan azad olundu və keçmiş məcburi köçkünlər öz
doğma yurdlarına qayıdırlar. Torpaqlarımızı
işğaldan azad etməklə Prezident İlham Əliyev həm ata vəsiyyətini
yerinə yetirdi, həm də Ulu Öndərin ən böyük arzusunu çin etdi.
Heydər Əliyev
ömrünü Azərbaycana
həsr etdi. Bu ömür vətənə məhəbbətin
möhtəşəm nümunəsidir. Ulu Öndərin ideyaları isə əbədi yaşayır və Azərbaycanın yüksəlişində
öz təcəssümünü
tapır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2025.-
13 iyul (№ 142).- S.3.