ABŞ və
BMT-dən sülh danışıqlarına birmənalı
dəstək
Beynəlxalq birlik Əbu-Dabi görüşünü dayanıqlı
sülhə gedən yolda ciddi irəliləyiş
kimi dəyərləndirir
İyulun 10-da Azərbaycan
və Ermənistan liderlərinin Birləşmiş
Ərəb Əmirliklərində
(BƏƏ) geniş tərkibdə,
vasitəçisiz görüşü
müzakirə mövzusu
olaraq qalır. Çünki konstruktiv keçən görüşdə
sülh gündəliyinin
mühüm istiqamətləri
- sərhədlərin delimitasiyası,
Zəngəzur dəhlizinin
açılması və
inkişafı, sülh
sazişinin paraflanması
ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Hər iki ölkədə aparılan
danışıqlar, əldə
edilən razılaşmalar
müsbət qiymətləndirilib.
Təbii ki, liderlərin görüşünə
beynəlxalq ictimaiyyətin
də marağı yüksək idi. Vaxtı ilə sülh müqaviləsinin
bağlanması üçün
vasitəçilik müssiyasını
üzərilərinə götürən
təşkilatlar və
bəzi ölkələr
indi tərəflərin
yalnız birbaşa danışıq aparmalarının
müsbət nəticələr
verdiyinə şahidlik
edirlər. Görüşdən
sonra beynəlxalq ictimaiyyətin nəticəyə
dair mövqeyi də onu deməyə
əsas verir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını
istəyən təşkilat
və dövlətlər
indi ikitərəfli formatın davam etməsinin tərəfdarıdırlar.
Birləşmiş
Millətlər Təşkilatının
(BMT) baş katibi Antonio Quterreşin Azərbaycan və Ermənistan liderlərinin
görüşünə münasibəti
bu fikirləri söyləməyə əsas
verir. BMT baş katibinin sözçüsü
Stefan Dujarrik baş katibin iki lider arasında
keçirilən görüşə
münasibətinə dair
suala cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın
baş naziri Nikol Paşinyan arasında keçirilən
son görüş bölgədə dayanıqlı
sülhə gedən yolda ciddi irəliləyiş
kimi dəyərləndirilir:
"İyulun 10-da Əbu-Dabidə
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında keçirilən
görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın
möhkəmləndirilməsi istiqamətində atılmış
addım kimi dəyərləndirilə bilər".
Onun fikrincə, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir: "Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq.
Mart ayında sülh müqaviləsi üzrə
əldə olunan razılığı xatırlayırıq
və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük.
Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın
möhkəmləndirilməsi istiqamətində atılmış
addım kimi dəyərləndirilə bilər.
Baş katib bu prosesləri çox yaxından izləyir", - deyə S.Dujarrik vurğulayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus
isə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında Əbu-Dabidə
keçirilən görüşlə
bağlı sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir: "Biz
Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton
müvafiq KİV-in məlumatlarını izləyir.
Hazırda xəbər
verəcək əlavə
məlumatımız yoxdur".
Amerika Birləşmiş
Ştatları da prosesləri yaxından izlədiyini bəyan etməklə proseslərdən
heç bir halda kənarda qalmaq istəmədiyini və maraqlı olduğunu açıq şəkildə ifadə
etməyə çalışır. Bütün bunlar onu deməyə
əsas verir ki, beynəlxalq birlik iki ölkə
arasındakı sülh
danışıqlarını yüksək qiymətləndirir.
Əbu-Dabi görüşü
dayanıqlı sülhə
gedən yolda ciddi irəliləyiş kimi dəyərləndirilir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2025.-
13 iyul (№ 142).- S.7.