Son 40 gündə
Azərbaycan və onun vətəndaşları
6 beynəlxalq səviyyəli
seçkidə qalib gəliblər
Prezident İlham
Əliyevin respublikamızda
həyata keçirdiyi
uğurlu və hərtərəfli inkişaf
strategiyasının təzahürüdür
ki, bu gün
Azərbaycan beynəlxalq
arenada mühüm aktora çevrilib. Mötəbər beynəlxalq
qurumlarda uğurla təmsil olunan Azərbaycan bu təşkilatlarda sadəcə
üzv dövlət kimi təmsil olunmur, həmçinin qlobal əhəmiyyətli
qərarların qəbulunda
və icrasında birbaşa iştirak edir. Ölkəmiz dünyada baş verən siyasi, iqtisadi, təbii kataklizmlərin aradan qaldırılması üçün
mühüm təşəbbüslərlə
çıxış edir
və bu istiqamətdə uğurlu
nəticələrin əldə
olunması üçün
bütün səylərini
səfərbər edir.
Uzaqgörən və
məqsədyönlü siyasətin
nəticəsi
120 ölkə arasında
səmərəli əməkdaşlıq
əlaqələrinin qurulmasında
mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı
Azərbaycanın sədrliyi
zamanı özünün
ən uğurlu və effektiv dövrünü yaşadı.
COVID-19 pandemiyasının başlamasından dərhal
sonra Qoşulmama Hərəkatı bu bəlaya qarşı qlobal səyləri səfərbər etmək
təşəbbüsü ilə çıxış
etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə
QH-nin Azərbaycan sədrliyi tərəfindən
əvvəlcə BMT-nin
İnsan Hüquqları
Şurasında, daha sonra isə BMT Baş Assambleyasında
"COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul
qiymətə, vaxtında
və universal əlçatanlığın təmin
edilməsi" adlı
qətnamə layihələrinin
irəli sürülməsi
və qəbul edilməsi beynəlxalq əhəmiyyətli nailiyyətlərdir.
Eyni zamanda ölkəmiz pandemiya dövründə 100-ə yaxın
ölkəyə yardım
əli uzadaraq humanitar kömək etdi.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) Azərbaycanın
"yaşıl gündəliyi"
əsasında reallaşan
və təsirli qərarların qəbul olunduğu iqlim konfransı kimi tarixə düşdü.
COP29 çərçivəsində Bakı Maliyyə Məqsədi (BMG) barədə
razılıq əldə
olundu, Paris Sazişinin
6-cı maddəsi tam şəkildə işlək
vəziyyətə gətirildi,
İtki və Zərər Fondu institutlaşdırıldı, Bakı
Adaptasiya Yol Xəritəsi yaradıldı.
Bütün bunları
və beynəlxalq konfransda qəbul olunan digər vacib qərarları iqlim dəyişmələri
ilə mübarizədə
dönüş nöqtəsi
adlandırsaq, heç
də yanılmarıq.
Hazırda dünyanın
dörd bir yanında münaqişələr,
müharibələr gedir.
Belə bir şəraitdə son beş ildə regionda reallıqları dəyişdirərək bölgədə
dayanıqlı sülh
üçün mühüm
zəmin yaradan Azərbaycanın davam edən münaqişələrin
dialoq yolu ilə çözümünü
dəstəkləməsi faktdır.
Nüfuzu Cənubi
Qafqaz sərhədlərini
çoxdan aşaraq dünya səviyyəsinə
çıxan Azərbaycanla
bu gün hərtərəfli əlaqələr
qurmaqda maraqlı olan ölkələrin sayının durmadan artması da dövlətimiz tərəfindən
həyata keçirilən
uzaqgörən və
məqsədyönlü siyasətin
nəticəsidir. Etibarlı,
güvənilən ölkə
olaraq dünyada etimad qazanan Azərbaycanın daim beynəlxalq hüququ dəstəkləməsi, haqqın
müdafiəçisi olması,
yeni və ədalətli dünya nizamının qurulması
istiqamətində gördüyü
işlər xüsusi
təqdirlə qarşılanır.
Azərbaycanın təmsilçisi
ICDO Baş katibi seçilib
Beynəlxalq ictimaiyyət
tərəfindən Azərbaycana
artan etimadın bariz göstəricisidir ki, son 40 gün
ərzində beynəlxalq
təşkilatlar çərçivəsində
keçirilmiş və
Azərbaycan Respublikası
və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında
qələbə qazanılıb.
Bununla bağlı
Xarici İşlər
Nazirliyindən bildirilib
ki, Azərbaycan Respublikası və onun vətəndaşları
aşağıda göstərilən
beynəlxalq səviyyəli
seçkilərdə qalib
gəliblər:
- BMT-nin Məskunlaşma
Proqramının İcraiyyə
Şurası (2025-2029-cu illər
üzrə),
- BMT Turizmin İcraiyyə
Şurası (2025-2029-cu illər
üzrə),
- UNESCO-nun Mədəni
Özünüifadə Müxtəlifliyinin
Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər
üzrə),
- BMT-nin Əməkçi
Miqrantlar üzrə Komitəsinin üzvlüyü
(2026-2029-cu illər üzrə),
- BMT-nin Ətraf
Mühit Proqramının
Daimi Nümayəndələr
Komitəsinə sədrlik,
- Beynəlxalq Mülki
Müdafiə Təşkilatının
Baş Katibi.
10 iyul 2025-ci il
tarixində Bakı şəhərində keçirilən
Beynəlxalq Mülki Müdafiə Təşkilatının
(ICDO) Baş Assambleyasının
3-cü növbədənkənar sessiyası çərçivəsində
də Azərbaycanın
təmsilçisi ilk dəfə olaraq sözügedən Təşkilatın
Baş katibi vəzifəsinə seçilib.
XİN-dən verilən
məlumata görə,
seçkilər yüksək
rəqabət şəraitində
keçirilib. ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə
Fövqəladə Hallar
Nazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə
yanaşı 3 ölkədən
olan namizəd mübarizə aparıb. Azərbaycanın namizədi
səsvermənin ilk mərhələsində iştirak
edən ölkələrin
əksəriyyətinin dəstəyini
qazanaraq (23 ölkə)
mötəbər qurumun
Baş katibi vəzifəsinə seçilib.
Mülki müdafiə
sahəsində yeganə
hökumətlərarası təşkilat olan ICDO-nun əsas vəzifəsi
təbii və texnogen fəlakətlər
zamanı əhalinin mühafizəsini və ona yardımı, bu fəlakətlərin nəticələrinin aradan
qaldırılması ilə
məşğul olan strukturların imkanlarının
gücləndirilməsi və
bu sahədə beynəlxalq əməkdaşlığın
təşviq edilməsindən
ibarətdir.
ICDO Baş katibi
təşkilatın ən
ali vəzifəsi olmaqla, onu beynəlxalq
müstəvidə təmsil
etmək, struktur vahidlərinə rəhbərlik
etmək, katibliyin funksionallığını təmin
etmək və digər əhəmiyyətli
sahələrdə məsuldur.
Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür.
2023-cü ilin may ayında Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının
keçmiş Baş
katibi Njupuo Yap Mariatunu qəbul
edən zaman xanım vurğulamışdı
ki, Azərbaycan mülki müdafiə ilə bağlı məsələlərin təşviqi
məqsədi daşıyan
təşəbbüslərdə fəal iştirak edən ölkələrdən
biridir və təşkilatın potensialının
gücləndirilməsi proqramları
çərçivəsində əməkdaşlığa töhfə
verir.
Beynəlxalq təşkilatlar
çərçivəsində keçirilmiş seçkilərdə
ard-arda qazanılan qələbələr, eləcə
də ICDO kimi mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat
olan mötəbər
quruma Azərbaycan təmsilçisinin ilk dəfə olaraq Baş katib vəzifəsinə seçilməsi
mühüm əhəmiyyət
kəsb edən məsələdir.
Bütün bunlar
Azərbaycanın beynəlxalq
təşəbbüslərdəki mühüm rolunu bir daha təsdiqləyir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2025.-
13 iyul (№ 142).- S.7.