Geniş
dəhlizlərə yol
BTC-dən başlayır
Kəmərin tam sistem kimi istifadəyə verilməsindən
19 il keçir
Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan
(BTC) əsas ixrac neft kəməri tam sistem kimi 2006-cı il
iyulun 13-də istifadəyə
verildi. Bu münasibətlə Türkiyənin Ceyhan şəhərində təntənəli mərasim keçirildi. Tədbirdə kəmərin
keçdiyi üç
ölkənin - Azərbaycanın,
Gürcüstanın və
Türkiyənin dövlət
başçıları iştirak
etdilər.
Bir qədər
irəliyə dönərək
qeyd edək ki, kəmərə ilk neft 2005-ci il mayın 25-də Bakı yaxınlığındakı Səngəçal
terminalından vurulmuşdu.
Bu həmçinin BTC-nin Azərbaycan hissəsinin istifadəyə verilməsi
demək idi. Bakıda və Səngəçalda bu münasibətlə keçirilən
tədbirlərdə Azərbaycan
Prezidenti İlham Əliyevlə yanaşı,
Türkiyənin, Gürcüstanın
və Qazaxıstanın
dövlət başçıları
da iştirak etmişdilər. Xəttin
Gürcüstan hissəsi
isə həmin il oktyabrın 12-də Qardabani
rayonundakı
nasos stansiyasından fəaliyyətə
başlamışdı.
BTC-nin daşıdığı
neft "Əsrin
müqaviləsi" çərçivəsində Xəzərin Azərbaycan sektorundakı "Azəri"
yatağından çıxarılan
neft idi. Neft Ceyhana 2006-cı il mayın 28-də çatmışdı və
bu münasibətlə
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etmişdi. Azərbaycan nefti ilə yüklənmiş ilk tanker isə dünya bazarlarına həmin il iyunun
4-də yola salınmışdı.
BTC öz marşrutu boyu 1768 kilometr məsafə qət edir. Xəttin Azərbaycanda yolu
443, Gürcüstanda
249 və Türkiyədə
1076 kilometrdir. Kəmər ölkəmizdə
13 rayondan - Qaradağ,
Abşeron, Hacıqabul,
Ağsu, Kürdəmir,
Ucar, Ağdaş, Yevlax, Coranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan sonrakı yolunda - Gürcüstanda və Türkiyədə isə daha onlarla
şəhər və
kənddən keçir.
BTC üçüncü minilliyin nəhəng mühəndis qurğusudur.
Bu xəttin yerin altı ilə uzanan borulardan
başqa bir sıra əzəmətli
yerüstü qurğuları,
o cümlədən 8 nasos
stansiyası var. Səngəçaldakı baş
nasos stansiyadan sonra ikinci stansiya
yenə də Azərbaycanın ərazisində
- Yevlaxda yerləşir.
İki stansiya Gürcüstanda, dördü
isə Türkiyədədir.
Xəttin gündəlik
ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Keçdiyi ərazilərin coğrafiyasından
asılı olaraq BTC
46, 42 və 34 düymlük
borulardan çəkilib.
Kəmərin keçdiyi uzun yol boyu yerləşən çoxsaylı bölgələrin
coğrafiyası heç
də eyni deyil. Belə ki, BTC öz marşrutunda bir neçə dağ silsiləsini aşır
və 2830 metr yüksəkliyə qalxır.
Eləcə də
3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrə çatan Ceyhan çayının keçidi
də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxılaşdıqda
isə yenidən dəniz
səviyyəsinə enir.
Bütün bunlara baxmayaraq BTC artıq 19 ildir ilin bütün fəsillərində eyni ahəngdarlıqla işləyir. Bu isə
o deməkdir ki, kəmər mükəmməl
inşa edilib və etibarlı idarə olunur. Məsələn, boruların necə möhkəm izolyasiya olunduğunu xatırladaq. Hətta iki il əvvəl Türkiyədə
baş verən dəhşətli zəlzələ
zamanı kəmərin təbii fəlakət zonasından keçən
hissəsinə heç
bir zərər dəymədi
ki, bu da
onun möhkəmliyindən və
möhtəşəmliyindən xəbər verən faktdır.
Göründüyü kimi, BTC-nin salnaməsi
qısa olsa da, zəngindir. Keçən əsrin
90-cı illərinin ikinci
yarısında "Əsrin
müqaviləsi" çərçivəsində
neft hasilatı artdıqca mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərindən əlavə
daha böyük bir ixrac marşrutuna
ehtiyac yaranırdı.
Belə bir şəraitdə BTC-nin çəkilişi ideyası
irəli sürüldü.
1998-ci ildə Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə
İstanbulda ATƏT-in
zirvə görüşü
zamanı isə xəttin çəkilişi
ilə bağlı saziş imzalandı. Sazış Azərbaycanın,
Gürcüstanın, Türkiyənin,
Qazaxıstanın və
Amerika Birləşmiş
Ştatlarının ovaxtkı
prezidentlərinin imzaları
ilə təsdiqləndi.
BTC-nin reallaşması
Ulu Öndər Heydər Əliyevin səyi, mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində mümkün
olmuşdur. Müəllifi Ümummilli
Lider Heydər Əliyev olan bu layihə yeni meqalayihələrə yol açmışdır. Başqa
sözlə, Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhandan başlanan
yolu geniş dəhlizlərə qovuşdurmuşdur.
Dövlətimizin başçısı
BTC-nin çəkilişini
tarixi hadisə kimi dəyərləndirərək
demişdir: "Əgər
o kəmər olmasaydı,
Azərbaycan öz neft və ondan
sonra qaz potensialını dünya
bazarlarına çatdıra
bilməzdi. Beləliklə,
dəhliz yaradıldı.
Xəzər dənizi-Qara
dəniz-Aralıq dənizi
əməkdaşlıq formatı
formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən
Bakı-Tbilisi-Ceyhan bu
gün uğurla fəaliyyət göstərir
və başqa ölkələrə də
xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu
gün biz qeyd edə bilərik
ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən,
logistika imkanlarından
tam şəkildə istifadə edir".
Xatırladaq
ki, BTC əsas ixrac boru kəməri
hazırda Xəzərin
Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarının neftini və "Şahdəniz"dən çıxarılan
kondensatı daşıyır.
Bundan əlavə, BTC
Xəzərin digər
regional xam neft və kondensat
həcmlərini (Qazaxıstan
və Türkmənistan,
SOCAR-ın AÇG-dən
kənar hasilat həcmləri) də nəql edir.
BTC-nin idarəedicisi
BP şirkətinin məlumatına
görə, istismara veriləndən 2025-ci ilin
birinci rübünün
sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə
təqribən 598 milyon
ton (4,5 milyard barel) xam neft
nəql edilib və Ceyhanda 5932 tankerə yüklənərək
dünya bazarlarına
göndərilib.
Flora SADIQLI,
Azərbaycan.-2025.- 13 iyul
(¹ 142).- S.7.