Qərbi
azərbaycanlılar qanuni
haqlarını tələb
edirlər
Ermənistan azərbaycanlıların
öz dədə-baba
yurdlarına qayıtmaq
hüququna hörmətlə
yanaşmalıdır. Bu,
bölgədə sülhün,
barışığın və insan hüquqlarının
bərqərar olması
üçün vacib
şərtdir.
Keçən əsrin
əvvəllərindən başlayaraq
Qərbi Azərbaycandan,
yəni bölşeviklərin
qeyri-qanuni yaratdığı
indiki Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının
zorla çıxarılması
və mərhələli
şəkildə etnik
təmizləməyə məruz
qalması tarixə də, ictimaiyyətə də yaxşı məlumdur. İlk deportasiya 1905-1920-ci illər
kimi tarixə düşüb. Qərbi azərbaycanlıların öz
torpaqlarını tərk
etməyə məcbur
edilmələrinin ikinci
mərhələsi isə
1948-1953-cü illərdə baş verib. Nəinki, İrəvan erməniləri, eləcə
də Qarabağ erməniləri Cənubi Qafqaza köçürüldükləri
gündən yalnız
işğalçılıq ruhu ilə yaşayıblar.
"Dənizdən dənizə"
xülyası ilə yaşayan ermənilər əlavə ərazilər
işğal etmək məqsədilə qərbi
azərbaycanlıları dədə-babalarının
min illərlə yaşadıqları yurdlarından
kütləvi şıkildə
qovublar, mal- qaralarını, mülklərini,
ev əşyalarını
qarət ediblər və sairə. Bu azmış kimi qərbi azərbaycanlıları məqsədli
şəkildə dövlət
səviyyəsində deportasiya
ediblər. Həmin dəhşətli deportasiyaların
və zorla qovulmanın sonuncusu
1988-1989-cu illərı əhatə
edib və Ermənistan ərazisində
bir nəfər belə azərbaycanlı qalmayıb. Bu ərazilərdə xalqımızın
mənəviyyatı, şəxsiyyəti
tapdalanmış, qədim
tarixi-mədəni, dini-mənəvi
irsi, o cümlədən
abidələr, məscidlər,
qəbiristanlıqlar məhv
edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc
və təhlükəsiz
qayıdışının təmin olunmasını tələb edir. Əslində bu tələb çox haqlıdır, ədalətlidir
və beynəlxalq hüquq prinsiplərinə,
tarixi gerçəkliklərə
söykənir.
Azərbaycan Prezidenti
İlham Əliyev qərbi azərbaycanlıların
indiki Ermənistana, öz ata-baba yurdlarına qayıtması
ilə bağlı ardıcıl siyasət yeridir. Tarixi faktlara, həqiqətlərə,
beynəlxalq hüquqa
əsaslanan haqlı tələblər irəli
sürür. Ermənistanın
deportasiya, etnik təmizləmə siyasətinə
qarşı Azərbaycan
dövləti ortaya kəskin siyasət qoyur. Beynəlxalq hüquq prinsiplərinə,
rəsmi arxiv sənədlərinə və
tarixi gerçəkliklərə
söykənən bu tələbin həyata keçirilməsi üçün
ardıcıl addımlar
atır. Dövlətimizin
başçısının beynəlxalq tədbirlərdə,
jurnalistlər və ictimaiyyət nümayəndələri
ilə görüşlərində
qərbi azərbaycanlıların
qayıdış məsələsini
daim gündəmdə
saxlaması, bu məsələyə beynəlxalq
aləmin diqqətinin
cəlb edilməsi ictimai rəydə rəğbət doğurur.
Tarixi gerçəklikdir
ki, keçən əsrdə üç dəfə Azərbaycan xalqını öz ata-baba yurdu olan Qərbi Azərbaycandan, indiki Ermənistandan zorla qovublar, deportasiya ediblər, etnik təmizləməyə məruz
qoyublar. XIX əsrin əvvəllərindən köçürülərək
Azərbaycan torpaqlarında
yerləşdirilən ermənilərin
bu ərazilərə
gəlmə olması
faktdır, indi bunu dünya ictimaiyyəti də yaxşı bilir. Sovet dönəmində bu kimi faktların
açıqlanmasına imkan
verilmirdisə, indi artıq bütün yazılarda, elmi kitablarda, məqalələrdə,
siyasi mübarizədə,
diplomatiyada bu məsələ əsas mövzudur və ərazilərin Azərbaycan
xalqına məxsus olduğu tarixi faktlarla diqqətə çatdırılır.
Azərbaycan Prezidenti
İlham Əliyev dəfələrlə bəyan
edib: "...Qərbi azərbaycanlıların öz
tarixi dədə-baba torpaqlarına qayıtmaq hüququ tanınmalıdır.
Azərbaycanlıların vaxtilə
deportasiya edildikləri
tarixi yurdlarına qayıtmaq haqları var və bunu
heç kəs inkar edə bilməz".
Prezidentin bu vacib məsələni beynəlxalq səviyyədə
gündəmə gətirməsi
Ermənistana və onun havadarlarına da ciddi bir
mesajdır: "Qərbi
azərbaycanlıların beynəlxalq
hüquq çərçivəsində
öz tarixi yurdlarına qayıtması
tələbinə dünya
ictiamiyyəti ciddi dəstək verməlidir.
Soydaşlarımızın Ermənistan tərəfindən
tapdanmış hüquqlarının
bərpa edilməsinə
beynəlxalq aləm, beynəlxalq təşkilatlar
biganə qalmamalıdır.
Ermənistandan qovulmuş
azərbaycanlıların tarixi
yurdlarına qayıdışının
təmin olunması onların beynəlxalq hüquq çərçivəsində
müəyyənləşmiş haqlarıdır. Prezidentin
də müraciəti
beynəlxalq aləmə
və Ermənistana bir mesajdır ki, azərbaycanlıların
geri qayıdış
hüququ təmin edilməlidir. Hesab edirəm ki, Ermənistan və onun havadarları bu qayıdışın əleyhinə olmaqdansa, o insanların haqqını
tanımalıdır".
Qərbi Azərbaycan
İcması Ağsaqqallar
Şurasının sədr
müavini, Əməkdar
elm xadimi, 1948-ci il deportasiyasının iştirakçısı Vaqif
Şadlinski müxbirimizə
demişdir: "Azərbaycanlıların
Qərbi Azərbaycandan
kütləvi deportasiyasına
əsl hüquqi-siyasi
qiymət xalqımızın
Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmişdir.
Ulu Öndərin
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR ərazisindən, tarixi-etnik
torpaqlarından kütləvi
surətdə deportasiyası
haqqında" 1997-ci il
18 dekabr tarixli Fərmanı böyük
elmi-siyasi, tarixi əhəmiyyətə malik
sənəddir. Sənəddə
qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarlarına
əsasən, Azərbaycan
xalqına qarşı
növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyata keçirilməsi nəticəsində
150 mindən çox azərbaycanlı kütləvi
şəkildə və
zorakılıqla sürgünə
məruz qalıb.
Bu 150 mindən
çox azərbaycanlı
arasında bizim ailədən, bizim nəsildən də çox adam var. Ailəmiz Vedidən məcburən köçürüləndə mənim səkkiz yaşım var idi, hər şey
indiki kimi yadımdadır. Deportasiyadan
təxminən bir il əvvəl rayon rəhbərliyi hüquq-mühafizə orqanlarının
iştirakı ilə
evimizin yarısını
əlimizdən alıb
xarici ölkədən
gətirilmiş erməni
ailəsinə vermişdilər.
Tək bizim yox, harada gözəgəlimli,
həyət-bacası, şəraiti
yaxşı bir ev var idisə
gəlmə erməniləri
həmin evlərə
yerləşdirmişdilər ki, müvəqqətidi, yaxın vaxtlarda onlar hökumət tərəfindən başqa
ünvanda mənzillə
təmin olunacaqlar. Sən demə, camaatı aldadırmışlar.
Heç bir il çəkmədi,
1948-ci ilin qızmar yay günlərində köçhaköç başladı.
Atam müəllim işləyirdi, babamdan qalma mülkdən köçürüləndə evdən bir iynə-sap da götürmədik, nəyimiz
vardı, evimizdə yerləşdirilən o erməniyə
qaldı. Deyirdilər
əvəzində konpensasiya
verəcəyik, onu da vermədilər. Üç gün dəmir yolu vağzalında qalandan sonra vedililəri kənd təsərrüfatı
yükləri daşınan
vaqonlara mindirib üzü Azərbaycana sarı yola saldılar, iki günlük yolu bir aya gəldik.
Camaat yolda nə əzab çəkdi, ölən
də oldu, xüsusən də qocalar, qarılar və uşaqlar, onu görənlər, yadında qalanlar yaxşı bilər...
İndiki Ermənistan
Azərbaycanın ermənilərə
verilən 9,8 min kvadratkilometr ərazisi üzərində qurulub, sonrakı işğallar nəticəsində Ermənistanın
ərazisi
28 min kvadratkilometrə
çatdırılıb. Əvvəllər
bir neçə dəfə o yerlərə
baş çəkmişəm,
minilliklər boyu formalaşmış maddi-mədəni
irsimiz məqsədyönlü
şəkildə aparılan
siyasət nəticəsində
məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər
dəyişdirilib, qəbiristanlıqlar
yerlə yeksan olunub, mədəniyyət
nümunələrimiz saxtalaşdırılaraq
başqa xalqlara aid edilib.
Əslində ermənilər,
erməni hakimiyyəti
Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də beynəlxalq aləmin tələb və tövsiyələrinə əməl
etməli, tarixi gerçəyi nəzərə
almaqla bu ərazilərin Azərbaycan
xalqının tarixi torpağı olduğunu etiraf edib biz
azərbaycanlı qaçqınları
geri qaytarmalıdırlar.
Bu, təkcə mənim yox, minlərlə Qərbi Azərbaycan torpaqlarından
qovulmuş, didərgin
salınmış, deportasiya
olunmuş həmyerlilərimin
illərlə arzusunda
olduğu istəkdir. Qərbi azərbaycanlılar
halal haqlarını tələb edirlər".
Rəhman SALMANLI,
Azərbaycan.-2025.- 13 iyul
(№ 142).- S.8.