Bəd niyyət baş tutmayanda...

 

Rusiya Jurnalistlər İttifaqının "açıq məktub"u "Sputnik"in gizli məqsədlərini ört-basdır etməyə yönəlib

 

Mətbuatdan "uzaq vuran" artilleriya kimi istifadə etmək mürtəce dövlətlərin ən çox istifadə etdiyi üsuldur. Keçmiş Azərbaycan-Ermənistan münaqişəsi zamanı ermənilər mətbuatda hay-həşir salıb, dünya ictimaiyyətini çaşdırıb, uydurduqları yalanın fonunda fikir formalaşdırıb, himayədarları vasitəsi ilə ölkəmizə təzyiq edib məkrli planlarını həyata keçirə biləcəklərini düşünürdülər.

Texnologiyanın inkişaf etdiyi, informasiyanın işıq sürəti ilə yayıldığı bir zamanda mediadan xarici siyasətə təsir aləti kimi istifadə etmək Rusiya Federasiyasının yararlandığı suveren dövlətlərdə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirmək üçün istifadə etdiyi köhnə üsuldur...

Qanunların liberallaşdığı indiki vaxtda "azad söz", "demokratiya", "milli mədəniyyətin təbliği" kimi gəlişigözəl sözlərlə maskalanıb, informasiya vasitəsi yaradıb müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etmək onların köhnə mərəzidir. Amma məsələ burasındadır ki, niyyət məkrli olanda "xoruzun quyruğu"nu gizlətmək olmur. Necə ki, Rusiyanın "Sputnik" agentliyi onun əməkdaşları  əməllərini, fəaliyyətlərini gizlədə bilmədilər.

Görünən kəndə bələdçi lazım deyil. Əslində "Sputnik Azərbaycan"ın etmək istədiyi Rusiya Federasiyasında bu işi planlaşdıranlara da, bundan öz məqsədləri üçün istifadə edənlərə , icraçılara da gün kimi aydın idi. Adamlar "mərkəz"dən verilən konkret plan proqram əsasında çalışırdılar. bu zaman onlar yəqin ki, bir gün "su çanağının suda sınacağını" əvvəlcədən düşünməmiş deyildilər. Əslində "B" planını işə salmaq, yəni ölkəmiz əleyhinə daha çirkin kampaniya aparmaq, manupilyasiya etmək, rəy formalaşdırmaq üçün onlara da elə bu lazım idi.

Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə əlaqədar beynəlxalq təşkilatlara, jurnalist insan haqları birliklərinə ünvanladıqları açıq məktubda kadrarxası fiqurların konkret olaraq adları çəkilməsə , məqsədləri görünür. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, siyasi riyakarlığa bəraət qazandırmaqdır.

Məktub müəllifləri o qədər sadəlövh məlumatsız deyillər ki, "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx baş redaktor Yevgeni Belousovun jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirdiklərinə görə yox, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etdikləri üçün saxlandıqlarını bilməmiş olsunlar. Birmənalı qeyd etmək olar ki, həmin şəxslər FTX-nın tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə Azərbaycana gələrək aldıqları tapşırıqları icra etməyə çalışıblar. O səbəbdən onların əməlləri aidiyyatı orqanlara konkret faktlarla dəqiq məlum olduğu üçün mövcud qanunvericiliyə tam uyğun qanun çərçivəsində həyata keçirilən hüquqi tədbirdir. Bundan savayı, Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx əlaqədə olan, əvvəllər "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edən Vitali Denisovun "Sputnik Azərbaycan"a bir müddət rəhbərlik etməsi işin yerdə olduğunu göstərir. Xatırladaq ki, fəaliyyət göstərdiyi regionlarda Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə media resurslarından istifadə edərək kremlyönlü məlumat təbliğat kampaniyalarına rəhbərlik edən Denisov təxribatçılıq fəaliyyətinə görə Azərbaycandan Moldovadan qovulub.

Sirr deyil ki, "Sputnik" kimi psevdomedia strukturlarından alət kimi istifadə edərək suveren dövlətlərdə sabitliyi pozmağa yönəlmiş cəhd göstərmək FR xüsusi xidmət orqanlarının üsulu, planlaşdırılımış hibrid strategiyanın tərkib hissəsidir. Bu kimi faktlar Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır, "Sputnik"in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu xüsusi olaraq qeyd edilir. Bu baxımdan beynəlxalq ictimaiyyətin "Sputnik"in fəaliyyətinə reaksiyası tamamilə təbiidir. Təsadüfi deyil ki, agentlik 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə Avstraliyada rəsmi olaraq qadağan edilib ya bloklanıb.

 Bu məqamda bir məsələni xatırlatmaq yerinə düşər. Zamanında 27 milyard dollardan çox büdcə ilə USAID ən böyük rəsmi yardım agentliklərindən biri hesab olunurdu. Azərbaycan hələ Donald Tramp hakimiyyətə gəlməmişdən əvvəl USAID-in ölkəmizdə fəaliyyət göstərməsi üçün hüquqi əsasın olmadığı fəaliyyətinin dayandırılması barədə ABŞ rəsmilərinə qəti mövqe bildirmişdir. Bu faktı qeyd etməkdə məqsədimiz odur ki, Azərbaycan müstəqil siyasət yürüdən suveren dövlətdir. Öz ərazisində xalqımızın dövlətimizin maraqlarına zidd olan hər hansı planın proqramın həyata keçirilməsinə qəti imkan verməyib, bundan sonra da verməyəcək. Bunu gərək Rusiya Federasiyasının ölkəmizdə casus şəbəkəsi yaratmaq istəyənlər vaxtında anlamış olaydılar.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2025.- 13 iyul (№ 142).- S.8.