32 ölkədə
Sputnik agentliyinin fəaliyyəti
rəsmi qadağan edilib
Rusiyanın Jurnalistlər İttifaqının
beynəlxalq insan haqları təşkilatlarına
müraciəti əsassızdır
"Rusiya Jurnalistlər
İttifaqının "Sputnik Azərbaycan" agentliyi, əslində, özü bir agent şəbəkəsidir
və Rusiya Federal Təhlükəsizlik Xidmətinin
bir orqanı kimi fəaliyyət göstərir. Buna başqa ad vermək
olmaz, çünki Azərbaycanda bu qurumun fəaliyyətini həyata keçirən rəhbər şəxslər
özləri əvvəllər
də, indi də federal təhlükəsizlik xidməti
ilə birbaşa əlaqəsi
olan, bu sistemdə çalışan
insanlar olublar".
Bu fikirləri səsləndirən Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında
bildirib ki, həmin şəxslər
Azərbaycanda bu quruma rəhbərlik ediblər. Bu, beynəlxalq hüquq norma və prinsiplərinin
pozulması, ölkələrin
işlərinə birbaşa
müdaxilə etməkdir:
"Sputnik Azərbaycan" agentliyinin rəhbər vəzifəli şəxslərinin
və digər əməkdaşlarının Azərbaycanda
saxlanılması və
onların hərəkətlərinə
hüquqi müstəvidə
qiymət verilməsi heç bir halda dövlətimizin jurnalistikaya və jurnalistlərə təzyiqi
kimi qiymətləndirilə
bilməz. Bu tamamilə fərqli məsələdir. Azərbaycanda
söz, mətbuat azadlığı mövcuddur
və Azərbaycan ilə Rusiya arasındakı strateji əlaqələri də şərtləndirən əlamətlərdən
biri bu sferada
əməkdaşlıqdır. İndiki halda söhbət "Sputnik Azərbaycan"ın
rəhbərliyinin və
əməkdaşlarının casusluq, agentlik funksiyasını həyata
keçirməsi ilə
bağlıdır. Bu
halda Azərbaycanın
aidiyyəti hüquq-mühafizə,
təhlükəsizlik orqanları
adekvat addım atıblar. Bu məsələ artıq məhkəmə predmetinə
çevrilib".
Deputat qeyd edib ki, Azərbaycanın
atdığı bu addıma dünyada təəccüblənmirlər və bunu beynəlxalq
ictimaiyyət də normal qəbul edir. Rusiyanın Æurnalistlər İttifaqı
və digər qurumları beynəlxalq insan hüquqları təşkilatlatına, agentliklərinə
müraciət etsələr
də, Azərbaycanın
adını ləkələməyə
çalışsalar da,
həqiqət başqa
şey deyir. Bu gün bu
qurumun ayrı-ayrı
ölkələrdə, daha
dəqiq desək, 32 ölkədə fəaliyyəti
qadağan edilib. Avropa İttifaqının
bütün ölkələrində
fəaliyyəti dayandırılıb.
Görünür ki, onlar jurnalistikaya heç bir aidiyyəti olmayan məsələlərlə, Rusiya
Federal Təhlükəsizlik Xidmətinin maraqlarına uyğun fəaliyyətlə
məşğul olublar
və nəticə göz qabağındadır.
Deputat hesab edir ki Rusiyanın
bu məsələdə
hay-küy kampaniyasına
start verməsi, Azərbaycanı jurnalistikaya
hücumda, insan hüquqlarına qarşı
qəsddə ittiham etməsi absurddur. Bu halda bütün
məsuliyyət qarşı
tərəfin üzərinə
düşür. "Rusiyanın
Æurnalistlər İttifaqının
məlum hadisə ilə bağlı beynəlxalq insan haqları təşkilatlarına
müraciəti əsassızdır.
Bununla bağlı artıq Azərbaycan Mətbuat Şurası bəyanat yayıb və arqumentlərlə əsaslandırıb ki, ölkəmizdə saxlanılan
"Sputnik Azərbaycan"ın "jurnalist"lərinin fəaliyyətinin
jurnalistika ilə əlaqəsi yoxdur. Onlar casus fəaliyyəti
göstəriblər. Özünə
hörmət edən istənilən ölkə
bu halda qanun çərçivəsində
hansı addımlar atırsa, Azərbaycan da anoloji addımları
atıb", - deyə
o bildirib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
13 iyul (№ 142).- S.8.