Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

 

AZƏRTAC müraciəti təqdim edir.

 

Son illər Rusiya Federasiyası xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edir. İnformasiya fəaliyyəti pərdəsi altında ictimai rəyin formalaşdırılması suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar aparılır. Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir.

Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycanagentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna cavab olaraq, hadisələrin obyektiv mənzərəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edirik.

Əvvəla, məktubda faktlar kobud şəkildə təhrif edilir ki, bu da beynəlxalq ictimai rəyi aşkar surətdə manipulyasiya etmək cəhdindən xəbər verir. Açıq məktubda yer alan ifadələrin əksinə olaraq, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur. Xüsusi vurğulanmalıdır ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar. Bu baxımdan onların saxlanılması mövcud qanunvericiliyə tam uyğun qanuni müstəvidə həyata keçirilən hüquqi tədbirdir.

Vəziyyəti daha dolğun şəkildə başa düşmək üçün diqqəti bir fakta cəlb etmək istərdik. “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiyaagentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya təbliğat kampaniyalarına rəhbərlik edib.

Təxribat fəaliyyətinə görə Denisov Azərbaycandan Moldovadan qovulub, bu isə bir daha təsdiq edir ki, cəmiyyəti məlumatlandırmaqdan uzaq olan vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir. Söhbət onları qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir müdaxilə cəhdlərindən gedir.

“Sputnik” kimi psevdomedia strukturlarından alət kimi istifadə edən xüsusi xidmət orqanlarının bu cür üsulları suveren dövlətlərdə vəziyyətin sabitliyini pozmağa yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir. Bu, Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır. OnlarSputnik”in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğunu qeyd edirlər.

Bu baxımdanSputnik”in fəaliyyətinə beynəlxalq ictimaiyyətin reaksiyası tamamilə təbiidir: agentliyin fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə Avstraliyada rəsmi olaraq qadağan edilib ya bloklanıb. Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir.

1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalistin öldürüldüyü barədə beynəlxalq jurnalist insan haqları təşkilatlarının məlumatları da vəziyyətin qədər ciddi olduğunu təsdiqləyir. Eyni zamanda, bunun onların peşəkar fəaliyyəti ilə bağlı olduğuna dair əsaslı şübhələr var. Üstəlik, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalistin saxlanılması həbs olunması söz azadlığı müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə nümayiş etdirir. Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mütəmadi olaraq Rusiyada müstəqil jurnalistikanın genişmiqyaslı azalması qeyd olunur ekspertlər təxminən 60-70 faiz rəqəmlərə istinad edirlər. Oxşar nəticələrə mötəbər mənbələrin materiallarında da istinad edilir ki, bu da ölkədə söz azadlığının boğulması istiqamətində sistemli köklü tendensiyanın olduğunu göstərir.

Beləliklə, Yuri Şçekoçixin, Anna Politkovskayanın, Pavel Şeremetin, Pavel Xlebnikovun bir çox başqa tanınmış jurnalistlərin səs-küylü qətli ilə bağlı məsələlər hələ siyasi motivlərə görə açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyası başlayandan sonra media üzərində senzura xeyli güclənib, istənilən alternativ mövqe fəal şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər təqib olunur həbs edilir.

Yuxarıda qeyd edilən faktlara baxmayaraq, Rusiya Jurnalistlər İttifaqı öz ölkəsində real risklərə məruz qalan müstəqil jurnalistlərin müdafiəsində eyni əzmkarlıq nümayiş etdirmək əvəzinə, casusluqda şübhəli bilinənləri dəstəkləməyə üstünlük verir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey olmayan “Sputnik Azərbaycanagentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətdə beynəlxalq jurnalist hüquq müdafiə təşkilatları, ilk növbədə, Rusiya Jurnalistlər İttifaqının təmsil etdiyi guya müstəqil jurnalist təşkilatlarının xüsusi xidmət orqanları ilə əlaqəsi, onların siyasi təsir informasiya manipulyasiyası vasitəsinə çevrildiyi barədə düşünməlidir.

Biz beynəlxalq jurnalist insan haqları təşkilatlarını bu cür informasiya təxribatına adekvat reaksiya verməyə mediadan siyasi məqsədlər üçün istifadəni qətiyyətlə pisləməyə çağırırıq”.

 

Azərbaycan.-2025.- 13 iyul (¹ 142).- S.8.