Sənədlər, faktlar, rəqəmlər

 

Erməni vandalizmini sübut edən kitabın Mingəçevirdə təqdimatı keçirilib

 

Mingəçevirdə "Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri beynəlxalq hüquqi məsuliyyətə dair hesabat materiallar" kitabının I cildinin təqdimatı keçirilib.

Şəhər icra hakimiyyətinin Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən tədbirdə çıxış edən ŞİH-in başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru İlham İsmayılov qeyd edib ki, Azərbaycan xalqı ötən əsrdə bir neçə dəfə ermənilər tərəfindən öz ata-baba yurdlarından deportasiya olunmuş, müxtəlif təzyiqlərə, soyqırımlarına məruz qalmışdır: "Sonuncu dəfə 1988-1989-cu illərdə ermənilər tərəfindən 200 mindən çox soydaşımız deportasiya olunaraq Qərbi Azərbaycandan qovulmuşlar. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaranmış etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların onların varislərinin ictimai mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpasını qarşıya məqsəd qoymuşdur. 2022-ci il avqust ayının 3-də ictimai birliyin keçirdiyi yığıncaqda Qərbi Azərbaycan İcması yaradılmışdır. İcma eyni zamanda "Azərbaycan Qaçqınlar Cəmiyyəti"nin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. 2022-ci il dekabr ayının 24-də Prezident İlham Əliyev icmanın inzibati binasında yaradılan şəraitlə tanış olmuş bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşmüşdür. Məhz bundan sonra "Qərbi Azərbaycan İcması" İctimai Birliyinin fəaliyyəti gücləndirilmişdir".

Natiq daha sonra bildirib ki, icmanın qarşısında duran vəzifələrdən biri Qərbi Azərbaycanda Azərbaycan xalqının yaratdığı tarixi mədəni irsin öyrənilib təbliğ olunması tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtması hüquqlarının təmin edilməsinə nail olmaqdır: "Bu baxımdan Qərbi Azərbaycan İcmasının rəhbəri dosent Əziz Ələkbərli tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə professor Ədalət Vəliyevin ideya müəllifi olduğu sözügedən kitabın I cildi ərsəyə gəlmişdir. 5 cilddən ibarət olması nəzərdə tutulan bu tədqiqatlar seriyasının I, II, III hesabatlarında Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlı qəbiristanlıqları, IV hesabatda Qərbi Azərbaycanda məhv edilən məscidlər, V hesabatda isə Qərbi Azərbaycanda dağıdılan məhv edilən pirlər türbələr haqqında məlumatlar öz əksini tapacaqdır. Bu təqdimat əsəri sanballı, elmi əsaslara söykənən araşdırmadır. Müəlliflər gərgin əmək sərf edərək elmi təhlillər aparmaqla gələcək nəsillərə dəyərinin qiymətləndirilməsi mümkün olmayan böyük bir miras qoymuşlar".

ŞİH-in başçısı daha sonra  Ulu Öndər Prezident İlham Əliyevdən sitatlar gətirib: "Ümummilli Lider ilk dəfə indiki Ermənistanın yerləşdiyi torpaqları tarixi Qərbi Azərbaycan ərazisi kimi təqdim edərək demişdir: "....indiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olublar".  Prezident İlham Əliyev isə bu nəzəri-təcrübi bazanı daha da zənginləşdirmişdir: "İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpaqlarımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq qayıdacağıq". Bu gün Qərbi Azərbaycan İcmasının apardığı işlər Ulu Öndərin dediklərinin cənab Prezidentin tapşırıqlarının həyata keçirildiyinin əyani göstəricisidir".

Qərbi Azərbaycan irsindən bəhs edən kitab böyük monumental bir tədqiqat əsəridir. 896 səhifədən ibarət olan kitabın hər bir vərəqi elmi tarixi faktlarla zəngindir. Müəlliflərin qeyd etdiyi kimi, tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mədəni irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin qəbiristanlıqların vəziyyətinə təsirini qiymətləndirməkdir. Eyni zamanda baş vermiş dağıntının miqyasının müəyyən edilməsi dəyən zərərin müəyyənləşdirilməsidir. Bu tədqiqatın nəticəsində indiki Ermənistanın 24 rayonunda yalnız azərbaycanlıların yaşadığı 172, qarışıq şəkildə yaşadığı 105 yaşayış məntəqəsinin məlumat bazası formalaşdırılmışdır. Ümumilikdə bu tədqiqatda 201 azərbaycanlı qəbiristanlığının monitorinqi həyata keçirilmişdir. Məlum olmuşdur ki, 157 qəbiristanlıq tamamilə məhv edilmiş, 42 qəbiristanlıq isə ağır formada dağıntılara məruz qalmışdır. Bunlardan 154 qəbiristanlığın məhvolma tarixini müəyyənləşdirmək mümkün olmuşdur. Aparılan tədqiqatların nəticələri indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid olan qəbiristanlıqların məhv edilməsinin məqsədyönlü sistemli şəkildə həyata keçirildiyini göstərir. Bu baxımdan tədqiqatın böyük tarixi əhəmiyyəti vardır. Gələcək nəsil üçün kitab, eyni zamanda bu tədqiqatın davamı olan tədqiqatlar seriyası qiymətli bir mənbə hesab oluna bilər.

Tədbirdə Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə "İndiki Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı müasir metodoloji təhlillər şəxsi təəssüratlar", Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Eminov "Qərbi Azərbaycan irsi" kitabının yazılmasında istifadə edilən texnoloji yeniliklər", MDU-nun magistratura doktorantura təhsil mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Vəfa Məhərrəmova "Basarkeçər rayonunda qərbi azərbaycanlılara məxsus qəbiristanlıqların mövcud vəziyyəti haqqında", Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəliyinin rəhbəri, Əməkdar müəllim Mayıl İsmayılov "Qərbi Azərbaycanda dağıdılmış qəbiristanlıqlarla bağlı məlumatlar yerli xarici mətbuat səhifələrində" mövzularında məruzələrlə çıxış etmişlər.

 

Lazım QULİYEV,

Azərbaycan.-2025.- 13 iyul (№ 142).- S.9.