Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

 

Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz əməkdaşlığımız məmnunluq doğurur.

Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, turizm, sərmayə qoyuluşu digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək daha da dərinləşəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq firavanlıq diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2025-ci il

Azərbaycan.-2025.- 15 iyul (№ 143).- S.1.