Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Məişət
zorakılığı ilə
bağlı məlumat
bankının təşkili
və aparılması
Qaydaları”nda dəyişiklik
edilməsi və “Məişət zorakılığı
barədə şikayətdə
cinayət tərkibinin
əlamətləri olmadıqda,
şikayətlərə baxılma
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarının ləğv
edilməsi barədə
¹ 208
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Məişət
zorakılığının qarşısının alınması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 1 oktyabr tarixli 331 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 27
yanvar tarixli 294 nömrəli Fərmanının
2-ci hissəsinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 12, maddə
1253 (Cild I) ilə təsdiq edilmiş “Məişət zorakılığı
ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın
4.1-ci bəndinin ikinci
cümləsində “qanunvericiliklə”
sözü “qanunla” sözü ilə əvəz edilsin.
2. “Məişət zorakılığı barədə
şikayətdə cinayət
tərkibinin əlamətləri
olmadıqda, şikayətlərə
baxılma Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 2, maddə 189 (Cild
I); 2024, ¹ 3, maddə 294, ¹7, maddə 931) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 14 ” “ iyul ” 2025-ci il
Azərbaycan.-2025.-
15 iyul (¹ 143).- S.3.