Şuşa
Qlobal Media Forumunun iştirakçıları Füzuli
rayonuna gəliblər
Milli mətbuatımızın
150 illiyi münasibətilə
Şuşa şəhərində
keçiriləcək “Rəqəmsal
keçidlər: Süni
intellekt dövründə
informasiya və media dayanıqlılığının
gücləndirilməsi” adlı
Qlobal Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət
paytaxtına səfəri
başlayıb.
AZƏRTAC xəbər verir ki, forum
iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın
xarici qonağın, o
cümlədən, 30-dan çox
informasiya agentliyi, 7 beynəlxalq təşkilat
və 80-ə yaxın
media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan
nümayəndələrin iştirakı gözlənilir.
Forumun iştirakçıları
arasında əcnəbi
media təmsilçiləri
ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər
və rəsmilər də var.
Açılış mərasimindən sonra
Forum işini sessiyalarla
davam etdirəcək.
Forum iyulun 21-dək davam edəcək.
Azərbaycan.-2025.- 20 iyul
(№ 148).- S.4.