Misirli nazir: Azərbaycan dini
tolerantlıq və dinc birgəyaşayış
nümunəsidir
Misirlə Azərbaycan
arasında qədim tarixi əlaqələr vardır. Ölkələrimiz
arasındakı münasibətlər
dövlət başçılarının
müdrik rəhbərliyi
altında daha da inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bunu Misirin vəqflər
naziri Usamə əl-Əzhəri Azərbaycan
diasporunun sədri Seymur Nəsirovla görüşündə deyib.
Nazir Bakıda COP29 çərçivəsində
təşkil edilmiş
dini liderlər konfransında iştirakını
xatırladaraq Azərbaycanda
əlaqədar təşkilatlarla
qarşılıqlı yaxşı
əlaqələrin olduğunu
diqqətə çatdırıb.
Əlavə edib ki, Azərbaycan müxtəlif
məzhəblərin, dinlərin
nümayəndələri və
xalqlar arasında dini tolerantlıq və dinc birgəyaşayış
nümunəsi sayılır.
Usamə əl-Əzhəri
Azərbaycana səfərindən
yaxşı təəssüratlarla
qayıtdığını, müasirliklə qədimliyi
özündə birləşdirən
Bakı şəhərinin,
eləcə də Xankəndi və Şuşa şəhərlərinin
gözəlliyinin onu heyran etdiyini qeyd edib.
Azərbaycan.-2025.- 25 iyul
(№ 152).- S.6.