Beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün XII Qlobal Bakı Forumu böyük rol oynayır

 

Prezident İlham Əliyev BMT-nin Ticarət İnkişaf Konfransının baş katibini qəbul edib

 

 

Prezident İlham Əliyev BMT-nin Ticarət İnkişaf Konfransının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Ticarət İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rebeka Qrinspan COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsi həmin tədbirdə çox mühüm nəticələrin əldə edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, beynəlxalq səviyyəli mühüm məsələlərin müzakirəsi üçün bu tədbirin böyük rol oynadığı vurğulandı.

Görüşdə ölkəmizlə BMT strukturları arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluq ifadə olundu, Azərbaycanın BMT institutlarının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələri qeyd edildi.

Ölkəmizin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi bildirildi, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki nailiyyətləri yüksək qiymətləndirildi.

 

Azərbaycan.-2025.-14 mart (№56).- S.1-2.