Ümumdünya
Səhiyyə Təşkilatı
üçün Azərbaycanla
birlikdə müxtəlif
ölkələrdə həyata
keçirilmiş layihələr
önəmlidir
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə
Təşkilatının Baş
direktorunu qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 13-də
Ümumdünya Səhiyyə
Təşkilatının Baş
direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tedros
Adhanom Qebreyesus COP29-un
Azərbaycanda uğurla
keçirilməsi münasibətilə
təbriklərini çatdırdı
və bu konfrans çərçivəsində
əldə olunmuş
nəticələri yüksək
qiymətləndirdiklərini dedi.
Prezident İlham
Əliyev COP29-a hazırlıqla
bağlı vaxtın
az olmasına baxmayaraq, Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi
üçün bütün
zəruri işlərin
görüldüyünü qeyd etdi.
Tedros Adhanom Qebreyesus Azərbaycanın
Ümumdünya Səhiyyə
Təşkilatına verdiyi
dəstəyə və
könüllü maliyyə
töhfələrinə görə
təşəkkürünü bildirərək, rəhbərlik
etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə
həyata keçirilmiş
layihələrin önəminə
toxundu.
Görüşdə Azərbaycanla Ümumdünya
Səhiyyə Təşkilatı
arasında əməkdaşlıq
məsələlərinə, həmçinin BMT strukturlarının
gələcək fəaliyyətinə
dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulandı.
Azərbaycan.-2025.-14 mart (№56).- S.1-2.