Azərbaycan enerji təhlükəsizliyi
sahəsində Avropanın
etibarlı tərəfdaşıdır
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
Prezident İlham
Əliyev Beynəlxalq
Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 13-də
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı əvvəlcə
Fatih Birola “Dostluq” ordenini təqdim etdi.
Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə
və qlobal iqlim dəyişmələri
üzrə irəli sürdüyü təşəbbüslərin
təşviqinə verdiyi
dəstəyə və
səmərəli əməkdaşlığa
görə layiq görülüb.
Prezident İlham
Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və
COP29-da göstərdiyi dəstəyə
görə təşəkkürünü
bildirdi.
Fatih Birol da öz növbəsində
“Dostluq” ordeni ilə təltif olunmasından böyük
qürur hissi duyduğunu dedi.
O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynadığını
və etibarlı tərəfdaş olduğunu
vurğuladı.
COP29-da əldə olunmuş
nəticələr münasibətilə
təbriklərini çatdıran
Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin
aparıldığını dedi və iqlim
gündəliyi ilə
əlaqədar yaxşı
nəticələrin əldə
edildiyini diqqətə
çatdırdı.
Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü
bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm
məsələlərinin müzakirəsi
baxımından vacib platforma kimi qiymətləndirdi. O, gələcəkdə
də Forumla əməkdaşlıq imkanları
ilə bağlı fikirlərini bölüşdü.
Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2025.-14 mart (№56).- S.1-2.