XII Qlobal Bakı Forumu yüksək təşkil olunub
Prezident İlham Əliyev Bosniya
və Herseqovinanın
Rəyasət Heyətinin
Sədri ilə görüşüb
Prezident İlham
Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 13-də
Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində
Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış
müzakirələri məmnunluqla
xatırladı.
Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin
başçısına təşəkkürünü
bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun
yüksək səviyyədə
təşkil olunduğunu,
tədbir çərçivəsində
qlobal gündəliyə
aid mühüm məsələlərin müzakirə
edildiyini vurğuladı.
Jelka Tsviyanoviç
COP29 zamanı Azərbaycana
səfərini və Prezident İlham Əliyevlə görüşünü
məmnunluqla xatırladı,
COP29 çərçivəsində əldə edilən nailiyyətləri yüksək
qiymətləndirdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2025.-14 mart (№56).- S.1-2.