Azərbaycan ilə
Albaniya arasında dostluq əlaqələri mövcuddur
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 13-də
Albaniya Respublikasının
Prezidenti Bayram Beqay ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ilk
növbədə COP29-un Azərbaycanda
uğurla keçirilməsi
münasibətilə dövlətimizin
başçısına təbriklərini
çatdıran Bayram
Beqay bu tədbir çərçivəsində
aparılan danışıqlar
prosesində ciddi nailiyyətlər əldə
edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı.
Qonaq Azərbaycan
ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı,
iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə
də əməkdaşlığın
uğurla davam etdirildiyini dedi və bu xüsusda
TAP layihəsinin əhəmiyyətinə
toxundu, Azərbaycanın
Albaniyanın qazlaşdırılması
istiqamətində həyata
keçirdiyi layihədən
məmnunluğunu ifadə
etdi.
Dövlətimizin başçısı
təbriklərə görə
təşəkkürünü bildirdi, COP29-a hazırlıq
üçün ölkəmizin
qısa vaxtı olmasına baxmayaraq, bütün təşkilati
işlərin yüksək
səviyyədə həyata
keçirildiyini vurğuladı.
Prezident İlham Əliyev də öz növbəsində
COP29-da iqlim gündəliyi
ilə əlaqədar
olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladı.
İkitərəfli münasibətlərə toxunan
dövlətimizin başçısı
Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin
mövcud olduğunu vurğuladı, enerji sahəsində əməkdaşlığın
uğurla inkişaf etdiyini dedi, Azərbaycanın Albaniyanın
qazlaşdırılması layihəsində iştirakına
toxundu.
Söhbət zamanı
əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə
dair məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi baxımından əhəmiyyətinə toxunuldu. Bayram Beqay bu tədbirdə mütəmadi olaraq iştirak etməsini məmnunluqla vurğuladı.
Azərbaycan.-2025.-14 mart (№56).- S.1-2.