Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikası
Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi
əlaqələr və
elmi-texniki əməkdaşlıq
üzrə Müştərək
Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23
may tarixli 2834 nömrəli, "Azərbaycan
Respublikası Hökuməti
və Macarıstan Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibi
haqqında" 2009-cu il
16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası
Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibi
haqqında" 2013-cü il
7 mart tarixli 2784 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası
Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi
əlaqələr və
elmi-texniki əməkdaşlıq
üzrə Müştərək
Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 23 may tarixli 2834 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, № 5, maddə
423 (Cild I) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. "əmək
və əhalinin sosial müdafiəsi" sözləri "maliyyə"
sözü ilə əvəz edilsin;
1.2. "Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin
müavini" abzasından
sonra aşağıdakı
məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikası
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini".
2. "Azərbaycan Respublikası
Hökuməti və Macarıstan Respublikası
Hökuməti arasında
iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 16
yanvar tarixli 118 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, № 1, maddə 18 (Cild
I) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. "əmək
və əhalinin sosial müdafiəsi" sözləri "maliyyə"
sözü ilə əvəz edilsin;
2.2. "Azərbaycan
Respublikası kənd
təsərrüfatı nazirinin
müavini" abzasından
sonra aşağıdakı
məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikası
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini".
3. "Azərbaycan Respublikası
Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013,
№ 3, maddə 290 (Cild
I) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. "əmək
və əhalinin sosial müdafiəsi" sözləri "maliyyə"
sözü ilə əvəz edilsin;
3.2. "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin
müavini" abzasından
sonra aşağıdakı
məzmunda yeni abzas əlavə edilsin:
"Azərbaycan Respublikası
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini".
4. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-3-cü hissələri
ilə edilən dəyişikliklər barədə
qarşı tərəflərə
müvafiq bildirişlər
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 mart 2025-ci il
Azərbaycan.-2025.-
14 mart (№56).- S.6.