Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli
1462 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Dövlət
Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il
8 sentyabr tarixli 1842 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Yerüstü Nəqliyyat
Agentliyinin Nizamnaməsi"ndə,
2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin
Nizamnaməsi"ndə və
2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin Nizamnaməsi"ndə
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12
yanvar tarixli 1785 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 1, maddə
41 (Cild I); 2024, ¹ 2, maddə
155, ¹ 6 (I kitab), maddə
654, ¹ 8, maddə 948, ¹ 12 (I kitab), maddə 1287) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 5.5.11-ci yarımbəndə "vəsaitin"
sözündən sonra
"və büdcədənkənar
vəsaitin" sözləri
əlavə edilsin;
1.2. 5.5.11-1-ci yarımbəndə
"sərəncamçısı" sözündən əvvəl
", habelə Nazirliyin
strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü
işlərdən (göstərdiyi
xidmətlərdən) əldə
olunan gəlirlərin"
sözləri əlavə
edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 11
oktyabr tarixli 1462 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 10, maddə 1106 (Cild
I); 2024, ¹ 2, maddə 150) ilə
təsdiq edilmiş
"Dövlət Dəniz
və Liman Agentliyinin Nizamnaməsi"nin
5.4-cü bəndinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Agentliyin sərəncamında
qalan vəsaitdən Nazirlik əməkdaşlarının
vəzifə maaşlarına
əlavə və mükafatların verilməsi
üçün ayırmalar
nəzərdə tutulur.".
3. Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 9, maddə 1031 (Cild I);
2024, ¹ 8, maddə 948, ¹ 11, maddə
1199) ilə təsdiq edilmiş "Azərbaycan
Yerüstü Nəqliyyat
Agentliyinin Nizamnaməsi"nin
5.4-cü bəndinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Agentliyin sərəncamında
qalan vəsaitdən Nazirlik əməkdaşlarının
vəzifə maaşlarına
əlavə və mükafatların verilməsi
üçün ayırmalar
nəzərdə tutulur.".
4. Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 21
oktyabr tarixli 1861 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 10, maddə 1138 (Cild
I) ilə təsdiq edilmiş "İnformasiya
Kommunikasiya Texnologiyaları
Agentliyinin Nizamnaməsi"nin
5.4-cü bəndinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Agentliyin sərəncamında
qalan vəsaitdən Nazirlik əməkdaşlarının
vəzifə maaşlarına
əlavə və mükafatların verilməsi
üçün ayırmalar
nəzərdə tutulur.".
5. Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 21
oktyabr tarixli 1862 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 10, maddə 1139 (Cild
I) ilə təsdiq edilmiş "İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"nin 5.4-cü bəndinə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Agentliyin sərəncamında
qalan vəsaitdən Nazirlik əməkdaşlarının
vəzifə maaşlarına
əlavə və mükafatların verilməsi
üçün ayırmalar
nəzərdə tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 mart 2025-ci il
Azərbaycan.-2025.-
14 mart (¹ 56).- S.6.