Azərbaycan
ilə Müqəddəs
Taxt-Tac arasında əlaqələrin bugünki
səviyyəsi məmnunluq
doğurur
Roma Papası Fransisk Həzrətlərinə
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz
münasibətilə Sizə
və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
çatdırıram.
Azərbaycan ilə
Müqəddəs Taxt-Tac
arasında əlaqələrin
bugünkü səviyyəsi
məmnunluq doğurur.
Mədəniyyətlər və
dinlər arasında ahəngdar münasibətlərin
təşviqinə, humanizm
ideallarının təntənəsinə
yönəlmiş əməkdaşlığımız
gündən-günə yeni
məzmunla zənginləşir
və daha da möhkəmlənir.
Müqəddəs Taxt-Tac
ilə əməkdaşlığımızın
inkişafına, səmimi
dialoqumuzun genişlənməsinə
Sizin verdiyiniz şəxsi töhfəni
yüksək qiymətləndirirəm.
Nümunəvi dözümlülük
mühitinin və multikulturalizm ənənələrinin
hökm sürdüyü
Azərbaycanın dünyada
insanlar arasında qarşılıqlı anlaşmanın
təşviqində oynadığı
rolunu daim təqdir etməyinizə görə Sizə minnətdaram.
Əminəm ki,
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr
bundan sonra da sivilizasiyalararası və dinlərarası dialoqun genişlənməsinə,
multikulturalizm dəyərlərinin
qorunub saxlanmasına və möhkəmlənməsinə,
dünyada sülhün
və əmin-amanlığın
bərqərar olmasına
xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı,
uzun ömür, xeyirxah və müqəddəs missiyanızda
uğurlar diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 mart 2025-ci il
Azərbaycan.-2025.-14
mart (№56).- S.6.