Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Martın 13-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının
Baş katibi Rebeka Qrinspa ilə görüşüb.
XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan
və BMT əməkdaşlığının
müxtəlif aspektləri
və perspektivləri,
mina təhlükəsi
ilə mübarizə
səylərində qarşılıqlı
fəaliyyət imkanları,
habelə qarşılıqlı
maraq doğuran regional və beynəlxalq məsələlər
müzakirə olunub.
Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) sədrliyimiz və
tədbirin təşkil
olunması üzrə
BMT ilə əməkdaşlığımızın
nümunəvi xarakter
daşıdığını, bundan sonra da
bu dinamikanın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Ceyhun Bayramov ölkəmizin donor dövlət kimi həyata keçirdiyi beynəlxalq yardım təşəbbüslərindən ətraflı bəhs edib, xüsusilə COVID-19
pandemiyası dövründə
inkişaf etməkdə
olan ölkələrin
pandemiya ilə mübarizəsi, o cümlədən
postpandemiya dövründə
dəstəklənməsi üzrə
bir sıra yardımlar həyata keçirdiyini diqqətə
çatdırıb.
Qarşı tərəf,
həmçinin COP29 çərçivəsində
əldə olunan nailiyyətlər, xüsusilə
iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin müəyyən
olunması, Paris Sazişinin
karbon bazarlarını
tənzimləyən 6-cı maddəsi üzrə razılığın əldə
edilməsi, bununla yanaşı həyata keçirilən bir sıra təşəbbüslər
barədə ətraflı
məlumatlandırılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.-14 mart (№56).- S.6.