Azərbaycanla
Yunanıstan arasında
əməkdaşlığın perspektivləri müzakirə
edilib
Martın 13-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində
Yunanıstan Respublikasının
Parlamentinin üzvü
Dmitris Avramopulos ilə görüşüb.
XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Yunanıstan
ikitərəfli və
çoxtərəfli münasibətləri,
habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri
müzakirə olunub.
Görüşdə Qlobal Bakı Forumu kimi tədbirlərin
dünyanı narahat edən çağırışlarla
mübarizədə rolu
vurğulanıb.
Ötən il ölkəmizdə təşkil
olunan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasında
(COP29) Yunanıstanın Baş
nazir səviyyəsində
təmsil olunması məmnunluqla xatırlanıb,
ali və yüksəksəviyyəli bu
kimi təmasların qarşılıqlı dialoqa
töhfə verdiyi qeyd olunub.
İki ölkə
arasında bir sıra, o cümlədən
iqtisadiyyat, ticarət,
enerji təhlükəsizliyi,
turizm, humanitar istiqamətlər üzrə
əməkdaşlığın perspektivlərinin mövcud
olduğu qeyd olunub.
Ölkəmizin Avropanın
enerji təhlükəsizliyinin
təmin olunmasında
vacib tərəfdaşlardan
biri olduğu diqqətə çatdırılıb,
həyata keçirilən
layihələrin, xüsusilə
Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıqda
çəkisi və rolu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan .-2025.-14 mart (№56).- S.6