Ceyhun Bayramov Çin nümayəndəsi ilə
regional və beynəlxalq vəziyyəti
müzakirə edib
Martın 13-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində
Çin Xalq Respublikası Hökumətinin
Avropa məsələləri
üzrə sabiq nümayəndəsi Vu Honqbo ilə görüşüb.
XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Çin
strateji tərəfdaşlığından
irəli gələn məsələlər, habelə
regional və beynəlxalq vəziyyət
müzakirə olunub.
Qlobal Bakı Forumunun bəşəriyyəti
narahat edən, habelə daha inklüziv dünya düzəni ilə bağlı məsələlərin
müzakirəsi baxımından
vacib platforma olduğu qeyd olunub, Azərbaycan tərəfinə yüksəksəviyyəli
təşkilatçılığa görə təşəkkür
edilib.
Nazir Ceyhun Bayramov inkişaf edən ikitərəfli və çoxtərəfli
münasibətlərimizin tarixində
xüsusilə ötən
ilin Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin
təsbit olunması baxımından əhəmiyyət
kəsb etdiyini qeyd edib. Strateji
tərəfdaşlığımızın
bu dinamikasının qorunmasının, habelə
əməkdaşlığın genişləndirilməsinin vacibliyi,
bu istiqamətdə siyasi məsləhətləşmələr
mexanizmindən istifadənin
əhəmiyyəti vurğulanıb.
Azərbaycan və
Çinin daim bir-birilərinin ərazi bütövlüyü, suverenliyinə
davamlı dəstək
göstərdiyi qeyd olunub və buna görə təşəkkür ifadə
edilib.
Regional və beynəlxalq
təşkilatlar çərçivəsində
qarşılıqlı dəstək
və həmrəyliyin
bundan sonra da davam etdirilməsinin
vacibliyi qeyd olunub.
Ötən il ölkəmizdə keçirilən
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasında (COP29) Çin
tərəfinin iştirak
və töhfələri
xüsusi qeyd olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.-14 mart (№56).- S.6.